Əgər biznesdə kostyumların rəngi qara, boz, mavi, qəhvəyi rənglərlə məhduddursa, qalstuk üçün belə qaydalar yoxdur. Çox zaman qalstuk kostyumun rənginə görə deyil, şüuraltı seçilir.
✽ Bu məqaləyə də baxın – Geyimin rəngi – xarakterin göstəricisidir ➤
Hər bir kişinin qarderobunda müxtəlif rənglərdə bir neçə qalstuk olmalıdır. Qalstukların rəngi onun daşıyıcısı haqqında ətrafdakılara müəyyən ismarıc göndərir.
Bəs qalstukların rəngi sahibi haqqında nə danışır?
Qırmızı qalstuk
Qırmızı qalstuk – güc, ehtiras və hökmranlığı nümayiş etdirir. Qırmızı rəngli qalstukdan çox zaman dövlət başçıları istifadə edirlər. Bu, özünə inam, güc və nüfuzun göstərcisidir. Hər dəfə qırmızı qalstuk taxdıqda ətrafınızdakılara çox ciddi şəxs olduğunuzu bildirirsiniz.
Bu göstəricinin təsir dərəcəsini azaltmaq və liderlik xüsusiyyətini nümayiş etdirmək üçün al qırmızı əvəzinə bordo rəngli qalstuk taxmaq olar.
Qırmızı yaxud bordo rəngli qalstuk sürməyi (tünd göy), tünd boz və açıq boz rəngdə kostyumlarla gözəl görünüş yaradır.
Mavi qalstuk
Siyasətçilər tez-tez qırmızı ilə yanaşı mavi rəngdən də istifadə edirlər. Mavi – daha çox etibar qazanmaq üçün istifadə edilir. Mavi qalstuk – etimad, sabitlik, əmin-amanlıq və inamdan danışır. Müştərilərlə ünsiyyətdə olan şəxslər üçün əla seçimdir.
Qırmızı qalstuk kimi ətrafınızdakılara təsiri yumşaltmaq üçün, sürməyi (tünd göy) qalstukdan istifadə etmək olar. Mavi qalstuk qara kostyuma uyğun deyil, digər rənglərlə isə yaxşı dəst ola bilər.
Sarı və qızılı rəng qalstuk
Qırmızı qalstuk güc və hökmranlığı göstərən qalstukudursa, sarı qalstuk onun kiçik qardaşıdır. Ayrıca, psixoloqlar belə rəngli qalstukun iş müsahibələri üçün mükəmməl seçim olduğunu söyləyirlər.
Sarı qalstuk rəsmi yaxud axşam tədbirləri üçün uyğun olmasa da, qızılı rəng belə hadisələr üçün yaxşı seçimdir. Qara, kömür-boz, mavi və boz kostyumlarla taxmaq məsləhətdir.
Yaşıl qalstuk
Yaşıl qalstuk praktikliyi, etibarlılığı, biliyi, müdrikliyi və zənginliyi simvollaşdırır. Təhsil sahəsi üçün ideal seçimdir.
Yaşıl rəngli qalstuk kostyum seçimini çətinləşdirir. Mavi kostyumla heç uyğun gəlmir. Onu qəhvəyi, açıq və tünd boz yaxud açıq rəngli kostyumlarla taxmaq olar.
Narıncı qalstuk
Narıncı rəng şkalasındakı ən universal rəngdir. Parlaq narıncı variant qırmızı qalstukla eyni ismarıcı verir, daha dərin çalarları isə, əsasən tünd göy və qızılı rəng kimi sabitlik və etibar hissi yaradır. Narıncı qalstuk aktiv fəaliyyətdən danışır. Onun sahibləri çevik, enerjilidirlər, yumor hissindən məhrum deyillər. Səmimidirlər və gülməyi sevirlər. Narıncı rəng xoş söhbətlərin gözəl yoldaşıdır. Belə şəxslər yaxşı əməkdaşdırlar, çünki bu insanlarda yeni və yaradıcı fikirlər qaynayır.
Belə qalstuk rəngi qəhvəyi və boz rənglərlə olduqca yaxşı uyğunlaşır. Narıncı və mavinin uyğunlaşması daha cəlbedicidir. Narıncı rəngin tünd və sakit çalarları zeytun rəngli kostyumlar üçün daha məqsədəuyğundur.
Bənövşəyi qalstuk
Bu rəng zənginlik və lüksün simvoludur. Bənövşəyi qalstuk ofisdə sürməyi və tünd-boz kostyumlarla ideal görünür. Xüsusi bir tədbir üçün qəhvəyi kostyumla dəstləşdirmək olar. Yay aylarında açıq boz kostyumla toylar üçün diqqətçəkən dəst olacaq.
Qəhvəyi qalstuk
Qəhvəyi qalstuk – ciddiyyəti, məsuliyyətli, etibarı nümayiş etdirir. Zəhmətkeş, bacarıqlı əməkdaş və sadiq dost. Onun keyfiyyətləri: dürüstlük, ciddilik, özünə inamdır. Qəhvəyi qalstuklara çox çalışan, ailəsinə, dostlarına qayğı göstərən şəxslər üstünlük var.
Qəhvəyi qalstuk qəhvəyi və zeytun rəngli kostyumların müxtəlif çalarları ilə əla görünür, mavi və sürməyi rəngli kostyumlarla isə ofis üçün mükəmməldir. Kömür boz rəngli kostyumla geyindikdə, ayaqqabı və kəmər də qəhvəyi rəngdə seçilərsə, çox gözəl obraz yaranacaq. Qara kostyum ilə heç uyğun gəlmir.
Qara qalstuk
Qara, nüfuzlu və çox mühafizəkar şəxslər tərəfindən seçilir. Qara qalstukun sahibi nadir hallarda insanlara emosiyalarını göstərirlər, önların çöhrəsində təbəssümü nadir hallarda görmək olar. Hökmranlıq və ciddiliyin simvoludur. Bəzən kişilər cəmiyyətə etirazlarını bildirmək üçün qara qalstuku seçirlər. Ətrafdakılaradan özünü qorunmaq istəyənlər də istisna deyillər.
Qara qalstuk ancaq axşam saatlarında rəsmi tədbirlər üçün taxıla bilər. Qara kostyum və smokinlərlə yaxşı uyğunlaşır. Ofisdə isə çox rəsmi görünəcək. Qara qalstuk tünd və açıq boz kostyumla daha yaxşı görünüş yaradacaq.
✽ Bu məqaləni oxumaq məsləhətdir - Kişinin qarderobunda olmalı 32 predmet ➤
Bu məlumatlara malik olaraq, qarderobunuz üçün məqsədinizə və işinizə uyğun olan rəngdə qaltuklar əldə edə bilərsiniz. Qalstuk funksionallıq cəhətdən mənasız olsa da, kişiyə yaraşıq və ciddi görünüş verir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.