Braziliya hökümətinə milli trassın San-Paulodan Rio de Janeyro şəhərinə köçürülməsi ilə bağlı müraciət olunub.

İlkin mərhələdə - "Rio Motorspotrs"lə müqavilədə imzalanıb. Avtodromun tikintisi German Tilkenin rəhbərliyi altında baş tutacaq, bununla bağlı artıq trassın kompyuter maketinin konfiquriyasıya  versiyasıda cavabdeh şəxslərə təqdim edilib.

Trass "Deodoru"da yerləşən keçmiş hərbi bazanın ərazisində yerləşəcək. Dairənin uzunluğu - 5,835 km., tikintinin büdcəsi isə - 697 mln. real (təxminən 154 mln. euro) təşkil edir. Tribunanın tamaşaçı sayı - 130.000 nəfərdir.