Seres şirkəti ilk seriya elektrokarını təqdim edib. Seres şirkəti əvvəllər SF Motors adı ilə tanınırdı. Hazırda bu şirkətin sahibi Tesla şirkətindən qalmaqalla ayrılan Martin İberharddır. SF Motors keçən il özünün yaratdığı yeni platformanı və iki konsept avtomobilini nümayiş etdirib.
Artıq bu konseptlərdən biri seriya avtomobilinə çevrilib və Çunsindəki Sokon zavodunun konveyerindən çıxmağa başlayıb. 4,7 metrlik uzunluğa malik olan Seres SF5 krossoveri çıxıntılı qurşaq xəttinə, iri gündüz hərəkət işıqlatına və Tesla modellərində olduğu kimi gizlənən qapı dəstəklərinə sahibdir. Minimalizm ruhunda hazırlanmış salonda mediasistemin 17-düymlük iri planşetini görmək olar. Bu displey vasitəsi ilə klimat-kontrolu və avtomobilin digər sistemlərini idarə etmək olar. Multimedia sistemi Ali OS 2.0 əməliyyat sisteminə, internetə daxil olma nöqtəsində və səslə idarəetmə sisteminə malikdir.
Bundan başqa, krossoverin təchizatına tam işıqdiodlarından fənərlər, şüşə tavan, oturacaqların elektrik ötürməsi, virtual cihazlar paneli, proyeksiya displeyi və adaptiv kruiz-kontrol daxildir. Sonuncunu istehsalçı ikinci səviyyəli avtopilot adlandırır.
Seres SF5 modelinin sxemi Tesla modelləri ilə bənzərlik daşıyır: döşəmənin altında batareyalar bloku yerləşdirilmiş şasii və hər iki oxda quraşdırılan elektromotorlar. Keçən il nümayiş etdirilmiş E-Platform pnevmatik asqıya malik olsa da. SF5 modeli yaylarla təchiz edilib.
Elektrokar iki modifikasiyada təklif edilir. Birinci variant tam elektrikdir və onun elektromotorları 694 at qüvvəsi və 1040 Nm fırlanma anı hasil edir. Elektrik krossoveri 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənir və 250 km/saat maskimal sürət həddinə malikdir. Batareyaların tutumu açıqlanmasa da, elektrokarın NEDC sikli ilə 500 kilometr qət etdiyi bildirilir.
İkinci EVR versiyası ardıcıl hibriddir və 122 at qüvvəsi hasil edən 1,5-litrlik benzin turbomühərriki ilə təchiz edilir. Mühərrikin təkərlərlə bağlılığı yoxdur və yalnız tutumu azaldılmış batareyanı dolduran generator rolunu ifa edir. Hibrid elektromorları elektrik versiyası ilə eyni olsa da, avtomobilin dinamik xarakteristikaları başqadır: hibrid 100 km/saat həddini 4.8 aniyəyə toplayır və 230 km/saat maksimal sürət həddinə malikdir. belə versiyanı ön hissədəki havalandırma dəlikləri sayəsində tanımaq olar.
Yeni avtomobillərin qiyməti Şanxayda keçiriləcək avtosalondaelan ediləcəkdir. Avtomobillər Çində istehsal ediləcəkdir. 2025-ci ilə Seres şirkəti 25 yeni modeli bazara çıxarmaq niyyətindədir. Bu modellərin arasında krossover, minik avtomobilləri və minivenlər də olacaqdır.