Səudiyyə Ərəbistanının şəhzadəsi Bədr bin Saud iki unikal Bugatti avtomobilini satın almışdır. Kral ailəsinin üzvü Cenevrə avtosalonundan nümayiş etdirilmiş Chiron hiperkarına və Gran Turismo yarış simulyatoru üçün yaradılmış Vision GT şou-karına sahib olmuşdur.

Fransız istehsalçısınən dərc etdiyi açıqlamada - "Hər iki avtomobil Səudiyyə Ərəbistanından olan Bugatti markasının entuziastı və böyük pərəstişkarının qəlbini fəth etmişdir. O, bu avtomobilləri satın alaraq şəxsi kolleksiyasının tacına çevirmişdir. Müştəri ilə müqavilə, sövdələşmə üzrə ən sərfəli qiymət təklif edildikdən sonra imzalanmışdır",- qeyd edilir. Unikal avtomobillərin dəyəri haqqında məlumat verilməmişdir. Bildiyimiz kimi, Bugatti Chiron modeli bu ilin fevralında debüt etmişdir.

Hiperkar 1500 at qüvvəsinə malik olan səkkiz litrlik W16 turbomühərrikini və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusunu əldə etmişdir. Yerindən 100 km/saat həddinə avtomobil 2,5 saniyəyə sürətlənir. 200 km/saat həddinə çatmağa hiperkara 6,5 saniyə, 300 km/saat həddinə isə 13,6 saniyə tələb olunur.

Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır. Hiperkarın spidometri 500 km/saat həddinə kimi işarələnmişdir. “Şiron” modelindən cəmi 500 ədəd istehsal ediləcəkdir. Hiperkarın minimal qiyməti 2,4 milyon avro təşkil edir.

Bugatti Vision GT hiperkarı isə, 2015-ci ildə xüsusi olaraq Gran Turismo 6 oyunu üçün hazırlanmış və gələcək Chiron modeli haqqında təsəvvür yaratmaqla vəzifələndirilmişdir. Sentyabr ayında "kompyüter kupesinin" prototipi Frankfurt avtosalonunda nümayiş etdirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt