Bahalı klassik Porsche sportkarlarının replikasını istehsalı ilə məşğul olan Singer Vehicle Design şirkəti öz avtomobillərində istifadə edəcəyi yeni mühərriki göstərib.

Güc aqreqatı Williams Group şirkətinin tərkib hissəsi olan Williams Advanced Engineering firmasının və Porche şirkətinin məşhur mühərrikçisi Hans Mezgerin iştirakı ilə yaradılmışdır. Xatırladaq ki, Formula 1 çempionatında çıxış edən Williams F1 komandası həmçinin bu qrupa daxildir. Yeni güc aqreqatı 4,0-litrlik iş həcmi olan altı silindrli mühərrikdir. Aqreqat 500 at qüvvəsi hasil edir və 9000 dövr/dəqiqəyə kimi sürətləndirilə bilər. Mühərrikini əsasını 1990-cu ilin 3,6-litrlik mühərriki təşkil edib. Yeni mühərrik titandan olan sürgü qoluna, drossel çəpərlərinin alüminium gövdəsinə, karbondan boru ağzına, inersiyon üfürməli forsunkaları olan tam yeni yanacaq sisteminə, həmçinin inokel və titandan hazırlanmış yüngül buraxılış sisteminə sahib olub.

Mühərrik, Singer şirkətinin daimi müştərisi və iri enerji şirkətinin rəhbəri olan Skott Blatnerin sifarişi əsasında hazırlanan 1990-cu ilin Porsche 911 sportkarı üçün nəzərdə tutulub. Singer şirkəti sonradan bu mühərrikin digər müştərilərə təklif ediləcəyini istisna etmir. Singer şirkətinin avtomobillərin yaradılması ilə əlaqədar olmayan digər bir layihəsi 40 min dollarlıq qol saatı olub. Saat titandan gövdəyə və unikal mexanizmə sahib olub. Cəmi 50 ədəd belə saat buraxılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt