Sentyabr ayının sonunda Lamborghini şirkəti Aventador modelinin istehsalının başa çatdığını və onun sonuncu nüsxəsinin - LP 780-4 Ultimae rodsterinin yığıldığını bildirmişdi. İndi isə, sonuncu nüsxə barədə təfərrüatlar açıqlanıb: superkarın son nüsxəsini hazırlayan Ad Personam fərdiləşdirmə bölməsinin ustaları üçün ilham mənbəyi 1968-ci ilin yazında Brüssel avtosalonunda nümayiş etdirilən Miura P400 şoukarı olub.

Aventador  modelinin "vida" nüsxəsi 60-cı illərin mavi rodsteri kimi unikal alınıb. Klassik modelə olan ehtiram çoxsaylı detallarda özünü biruzə verir.

Aventador Ultimae modelinin kuzovu Ad Personam tərəfindən xüsusi olaraq hazırlanmış Azzuro Flake adlı mavi rəngə boyanıb. O, Miura P400 modelinin rəngini təqlid edir, lakin daha parlaq tərtibat sayəsində onu tamamilə təkrarlamır.

Kuzovun aşağı hissəsi perimetr üzrə qara Nero Aldebaran rəngli nazik zolağı olan boz Grigio Liqueo rənginə boyanıb, dam və mühərrik bölməsinin qapağı isə qara karbon lifindən hazırlanıb. Qara əyləc supportları və gümüş rəngli təkər diskləri Miura modelinin müvafiq elementlərini təqlid edir.

Miura mövzusu salonda da davam etdirilib. İnteryer ağ Bianco Leda rəngində əsl dəri ilə üzlənib: belə dəri ilə loqotiplər olan oturacaq başlıqları, mərkəzi konsol və əfsanəvi kupedəki kimi tikmə naxışı olan ön panel örtülmüşdür. İnteryer tərtibatında qara alkantaradan da istifadə olunub.

Lamborghini, Aventador modelinin debütündən 11 il sonra, keçən ayın sonunda bu superkar ilə vidalaşıb. Bu illər ərzində şirkət dünya üzrə 11 min Aventador modelini satmağı bacarıb – bu, əvvələr buraxılmış V12 mühərriki olan modellərin ümumi sayından çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sonuncu Aventador tezliklə İsveçrədəki sahibinə göndəriləcəkdir. Rodster 780 at qüvvəli 6,5-litrlik mühərriklə təchiz edilib. Güc qurğusu iki muftalı yeddi pilləli “robot” və tam ötrümə sistemi ilə birlikdə çalışır.

Xatırladaq ki, Ultimae seriyasından olan sonuncu Lamborghini Aventador LP 780-4 Ultimae kupesi RM Sotheby's hərrac evinin onlayn satışında heyrətamiz qiymətə - 1 603 125 dollara satılıb. Avtomobilin alıcısı superkar ilə birlikdə qarşılıqlı əvəz edilməyən tokeni (NFT) də əldə edib. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.