Gələn ildən DTM çempionatında çıxış edəcək avtomobillərin sayl 24-dən 18-ə qədər azaldılacaqdır. Beləliklə, hər bir istehsalçı yarışlara altı avtomobillə qatılacaqdır.

Hokkenhaymda keçirilən final yarışı zamanı aparılmış müzakirələrdən sonra Audi şirkəti rəsmi olaraq dərc edilmiş hesabatında 2017-ci ildə start xəttəndə 24 avtomobil əvəzinə 18 avtomobilin düzüləcəyi barədə məlumat vermişdi. Mercedes komandası da Team HWA emblemi altında altı avtomobilin çıxış edəcəyini, eyni zamanda Art Grand Prix və Mucke Motorsport komandalarının çempionatı tərk etdiyini təsdiqləmişdir. Belə bir addımın atılması DTM çempionatının istehsalçılar üçün daha əlçatan olması məqsədi ilə atılmışdır. 2013-cü ilin çempionu olmuş Mayk Rokkenfeller avtomobillərin sayının azaldılmasının seriyay neqativ təsir göstərməyəcəyini bildirmişdir. «Əlbəttə ki, hər bir yarışçı və azarkeş start xəttində daha çox avtomobil görmək arzsundadır, - Mayk Rokkenfeller bəyan etmişdir. - Yarışların çoxlu sayda ötmələrlə və gözəl avtomobillərlə həyəcanverici olması vacibdir. Bu cəhətdən DTM hər şeyi düz edir».

BMW komandası artıq Martin Tomçik və Antoniu Feliks da Koştanın seriyanı tərk edərək, Bavariya brendini müvafiq olaraq GT və Formula E çempionatlarında təmsil edəcəklərini bildirmişdir. Audi komandasında isə, Timo Şayderin yarışlardan getdiyi, Mortaranın isə Mercedes komandasına keşdiyi bildirilmişdir. Hər üş istehsalçı keçən həftə Oşerslebendə testlərdə iştirak edərək 2017-ci ilin komponentləri üzərində çalışmışdırlar. Xatırladaq ki, növbəti mövsümdə yeni reqlament qüvvəyə minəcəkdir.