Audi Sport bölməsi işinə başlamış Cenevrə avtosalonunda yeni mövsümdə istifadə edəcəyi Audi RS5 DTM bolidini təqdim etmişdir.

Bu il DTM çempionatında yapon yarış seriyası Super GT çempionatı ilə birlikdə yeni texniki reqlament qüvvəyə minir.  1 mart tarixindən isə, omoloqasiya işlərinin yeni mərhələsi başlamışdır ki, artıq hər üç istehsalçı DMSB yarış ittifaqına ön avtomobillərinin final variantını təqdim etmişdirlər. “Bu gün DTM layihəsində çalışan hər kəs və əlbəttə ki, mənim üçün xüsusi bir gündür, - deyən Audi Sport komandasının başçısı Diter Qass davam etmişdir. - Biz ilk dəfə olaraq DTM avtomobili üzərində işləri seriya modeli ilə eyni vaxtda başlamışdıq”. Xatırlatmaq istərdik ki, DTM avtomobili Audi RS5 kupesi ilə bir gündə təqdim edilmişdir.

Yeni Audi RS5 DTM modelinin sələfindən fərqi yeni görkəmlə bərabər, daha aqressiv aerodinamik kuzov dəstinə malik olmasıdır. Arxa antiqanadda iki çəpərin olmasına baxmayaraq, onlardan biri aktiv olacaqdır.

Avtomobilin klirensi də yeni texniki reqlamentə uyğun olaraq artırılmışdır. Yeni reqlament yerəbasma gücünün azaldılmasını və daha yumşaq şinlərin tətbiqini nəzərdə tutur ki, bu tədbirlər də pilotların rolunu artırmalıdır.

Bildiyimiz kimi, 2,0-litrlik mühərriklərin tətbiqi prosesi 2019-cu ilə keçirilmişdir. Audi mühəndisləri indiki 4,0-litrlik V8 mühərrikində hava alınması və soyudulması sistemini dəyişmiş, bunun sayəsində də mühərrikin gücünü 500 at qüvvəsinə yüksəltməyə nail olmuşdurlar. Bu keçən il olduğundan 50 at qüvvəsi çoxdur. 2017-ci ildə Audi komandasının şərəfini Mattias Ekstrem, Niko Müller (ABT Sportsline), Loik Dyuval, Mayk Rokkenfeller (Phoenix), Rene Rast və Ceymi Qrin (Rosberg) qoruyacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt