2022-ci ilin əvvəlində cari 992 nəsil Porsche 911 idman avtomobilinin model ceşidində eksklüziv variant peyda olub - zavod mütəxəssisləri Porsche Design studiyasının 50 illik yubileyinə həsr olunmuş 911 Porsche Design 50th Anniversary Edition versiyasını yaradıblar. Avtomobillə yanaşı, Chronograph 1 1972 Limited Edition qol saatı, habelə bərpa olunmuş 1972-ci ilin istehsalı olan 911 S 2.4 Targa sportkarı nümayiş etdirilib. RM Sotheby’s hərrac evinin təşkil edəcəyi hərracda məhz bu avtomobil satışa çıxarılacaqdır.

Porsche Classic bölməsinin mütəxəssisləri, Sonderwunsch proqramı çərçivəsində, klassik sportkarın bərpasına iki il sərf ediblər. Sportkarın kuzovu interyer dekorunda da üstünlük təşkil edən qara rəngə boyanmışdır. İnteryer qara və boz bəzəklərə malik olan klassik damalı Sport-Tex materialı ilə bəzədilib. Avtomobilin seçilən xüsusiyyətləri - Porsche Design, 50 Years of Porsche Design, Edition 50 Years of Porsche Design firma loqotipləri, habelə Ferdinand Alexander Porşenin “imzası” var.

Standart 911 T 2.4 Targa modeli 130 at qüvvəli mühərriklə təchiz edilirdi, lakin bərpadan sonra avtomobil S modifikasiyasından götürülmüş 190 at qüvvəli mühərrik, şassi və əyləclərlə təchiz edilib. Klassik sportkarla birlikdə hərraca Chronograph 1 1972 Limited Edition qol saatı da çıxarılıb. Xronoqraf klassik saatın remeykidir, lakin titan korpus və 48 saata qədər gediş ehtiyatı olan yeni WERK 01.140 kalibri ilə təchiz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Saatın korpusunun arxa tərəfində, 1972-ci il 911 Targa idman avtomobilinin Fuchs təkərlərinin dizaynını təqlid edən yaylı rotora var. Siferblat, qurma başlığı, qayış və arxa qapaq tarixi Porsche Design loqotipi ilə bəzədilib. Nyu-Yorkda keçiriləcək hərracın təşkilatçıları avtomobil və xronoqraf dəstinin satışından 275 - 375 min dollara arasında vəsait əldə etməyi planlaşdırırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.