Volkswagen şirkəti Detroyt avtosalonunda Passat sedanının “qaynar” modifikasiyası olan Passat GT modelini təqdim edəcək. Eksteryeri və interyeri iyirmidən çox dəyişikliyə məruz qalmış sedanı məhdud saylı tirajla buraxacaqdırlar.

Volkswagen Passat GT modeli 284 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 3,6-litrlik VR6 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı alti pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Sedanın dinamik xarakteristikaları açıqlanmayıb.

GT modifikasiyası standart sedandan işıqdiodlarından fənərlər, R-Line xəttindən olan bamperlər, qara dam və yan güzgülərin gövdələri, iki rəngli 19-düymlük təkər diskləri, tündləşdirilmiş arxa fənərlər, səsboğucu sisteminin ikili boruları, hündürlüyü azaldılmış asqı və idman buraxılışı ilə fərqlənir.

Sedanın təchizatına səkkiz istiqamətdə tənzimlənən və qızdırılan ön oturacaqlar, iki zonalı klimat-kontrol, 6,3-düymlük displeyi, Bluetooth dəstəyi olan və səslə idarələnən multimedia sistemi daxildir. Volkswagen Passat GT sedanının ABŞ bazarındakı satışları bu ilin ikinci rübündə başlanacaqdır. Avtomobilin qiyməti 29090 dollardan başlayacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt