Citroen Racing komandasının başçısı İv Matton, Kris Mik və Andreas Mikkelsenin oktyabrın əvvəlində İspaniyada keçiriləcək mərhələdəki iştiraklarının hələlik təsdiq edilmədiyini bildirib.

İrlandiyalı pilot Almaniya Rallisinin başlanğıc dopunda axmaq səhvə yol verərək yüksək yerlər uğrunda mübarizədən kənar qalmışdı. Buna baxmayaraq Matton bu hadisənin pilotun gələcəyinə təsir etməyəcəyini bildirib.

"Hələlik biz Katalunya Rallisinin heyətini müzakirə etməmişik. Yeganə təsdiq eldilən pilot Stefan Lefevrdir, - Autosport Mattondan sitat gətirib. - Lakin, mən demirəm ki, Mik bu yarışda iştirak etməyəcəkdir. Biz fasilə götürməyə üstünlük verdik və qərarı sentyabrın 5-də qəbul edəcəyik. Mikin Almaniyada başına gələnlər qərarımıza təsir etməyəcəkdir. Kris axmaq səhv buraxdığını etiraf edib. Deməliyəm ki, bu xüsusi hissə ümumiyyətlə axmaq bir yer idi. Trassa o qədər ensiz idi ki, ən yaxşı zamanı qabaritləri kiçik olan R5 avtomobili göstərmişdi".

Matton Kris Mikin Citreon komandasındakı gələcək taleyinin PSA Peugeot-Citroen  şirkətinin başçısı Karlos Tavaresin qərarından asılı olacağını bildirib.