Citroen komandasının rəhbəri İv Matton, komanda qarşısında duran əsas məsələnin, gələn mövsüm üçün Sebastyen Ojye ilə müqavilə bağlamaq olduğunu bəyan edib.

Son bir ayda tərəflər, 2011-ci ildə son verdikləri əməkdaşlığı yenidən bərpa etmək üçün danışıqlara başlayıblar. O zaman, dördqat dünya çempionu, Sebastyen Loeblə yaranmış fikir ayrılığı səbəbindən komandanı tərk etmişdi.

“Əsas plan, Ojyeni bizim komandaya qayıtmasını təmin etməkdir, - Autosport nəşri Mattondan sitat gətirib. – Danışıqlar tədricən irəliləyir, lakin, son nəticə haqqında  fikir söyləmək çətindir. Yəqin ki biz, Sebastyeni öz tərəfinə çəkmək istəyən yeganə komanda deyilik. Hazırda ciddi maneələr yoxdur. Lakin, bu səddlərin olmadığı anlamına gəlməz. Biz məqsədlərimizin üst-üstə düşdüyünü anlamaq üçün ayrı-ayrı məqamları müzakirə edirik.

Müqavilə bağlamaq şansları nə qədər yüksəkdir? Ehtimalın 90 və ya 10 faiz olması o qədər vacib deyildir.

Müqavilə imzalanmamış heç kim heç nəyə təminat verə bilməz. Ojye komandaya qayıtsa əla olar. Əsas odur ki, komandada sürətli pilot olsun. Fransız komandasında fransız pilotun olması isə, tortun üzərində albalının olmasıdır”.