Volkswagen Motorsport bölümü Dünya ralli çempionatında (WRC) çıxış üçün hazırladığı Polo hetçbekini təqdim edib. Avtomobil R5 kateqoriyası üçün inşa edilib.

Yeni avtomobilin omoloqasiyası gələn ilin yayında FIA tərəfindən həyata keçiriləcəkdir. Onun debütü isə, payızda olmalıdır. Ralli avtomobili, ümumi yollar üçün olan Polo GTI hetçbekinin altıncı nəslinin üslubunda yaradılıb. 

VW Polo GTI WRC modeli tam çəkiş sistemi, 272 at qüvvəli dörd silindrli 1,6-litrlik turbomühərrik və beş pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilib. Çəkisi 1320 kiloqram olan avtomobil 100 km/saat sürətini 4,1 saniyəyə toplayır. Müqayisə üçün, 200 at qüvvəli 2,0-litrlik mühərrik və altı pilləli iki muftalı “robot” ilə hərəkətə gələn VW Polo GTI modeli 100 km/saat həddini 6,7 saniyəyə toplayır. Öndən çəkişli olan hetçbekin maksimal sürəti 237 km/saatdır. Alman istehsalçısı keçən ilin sonunda rally çempionatını tərk edib. Şirkət əsas diqqətini rally-kross və TCR çempionatında cəmləmək qərarına gəlib.

Bununla belə, VW şirkəti R5 kateqoriyasında çıxış edən özəl komandalar üçün ralli avtomobilləri inşa etmək qərarına gəlib. 

Image alt Image alt Image alt Image alt