Dördüncü nəsil Kia Sorento modelinin debütünə iki həftə qalıb. Son günlərdə yeni krossoverin cəsus şəkilləri İnternet şəbəkəsində aktiv şəkildə dərc edilir. Bu gün yeni Sorento modelinin növbəti cəsus şəkilləri peyda olub. Avtomobil Kaliforniyada həyata keçirilən reklam çarxının çəkilişləri zamanı kamuflyajsız şəkildə fotocəsusların obyektivlərinə tuş gəlib.
Zahiri cəhətdən dördüncü nəsil Kia Sorento modeli cari Optima sedanına bənzəyir: oxşarlıq kapot forması, "pələng maskası» üslubundakı çoxşəbəkəli radiator barmaqlığı, üç hissəli fənərlər və ön bamperin üfüqi hava qəbulediciləri vasitəsi əldə edilir. Arxa hissədə şaquli fənərləri, səsboğucu sisteminin saxta çıxış borularını və arxa bamperin aşağı hissəsindəki xrom elementləri görmək olar.
Yeni Sorento modelinin ön panelinin arxitekturası Optima / K5 ilə eynidır. Yeganə fərq havala kanalların və bəzi idarəetmə orqanlarının yerləşdirilməsində, həmçinin mərkəzi tunelin dizaynındadır. Həm sedanda, həm də krossoverdə avtomatik qutu şayba idarə olunur və hər iki avtomobildə eyni sükan çarxı quraşdırılıb.
Yeni Kia Sorento krossoverinin mühərrik çeşidi barədə məlumat azdır. Krossoverdə Smartstream ailəsindən olan mühərriklər ailəsinin quraşdırılacağı gözlənilir. Bundan əlavə, "yumşaq" hibridlərin və şəbəkədən doldurulan hibridlərin təklif ediləcəyi də istisna edilmir. Sorento modelinin flaqman versiyasının 3.8-litrlik V6 mühərriki ilə təchiz ediləcəyi ehtimal olunur.
Cənubi Koreya mediası yeni Sorento modelinin "yerli" təqdimatının fevralın 17-də keçiriləcəyini güman edir. Təqdimat zamanı Kia şirkətinin yerli bazar üçün qiymətlərini açıqlayaraq, satışların başlanma tarixini bildirəcəkdir. modelin dır. Yeni modelin dünyəvi debütünün mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacağını ehtimal etmək olar.