Kia Soul modelinin üçüncü nəslinin eksteryeri üzərindəki sirr pərdəsi The Korean Car Blog saytının səyləri sayəsində götürülübdür. Bu gün sayt avtomobilin Meksikada çəkilmiş fotoşəkillərini dərc edib. Xatırladaq ki, yeni modelin kütləvi təqdimat mərasimi bir neçə gündən sonra işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.

Şəkillərdən göründüyü kimi, yeni Soul ikimərtəbəli ön işıq texnikasına və tamamilə yeni formalı arxa fənərlərə sahib olubdur. Yeni nəsil Kia Soul krosoveri yolsuzluq üçün hazırlanmış X-Line modifikasiyasına da sahib olacaqdır. Bundan başqa, Soul ailəsinə GT Line idman və EV elektrik modifikasiyaları daxil ediləcəkdir. Bu variantlar barədə ətraflı məlumat verilməyib.

Yeni Kia Soul haqqında məlumat çox azdır. Şirkətdən avtomobilin benzin turbomühərriklər və elektrik güc aqreqatı ilə təklif ediləcəyini bildiriblər. Sonuncu modifikasiya 135 at qüvvəli elektromotor və 39 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Elektrik Soul 320 kilometr qət edəcəkdir.

Mənbə: KCB

Image alt Image alt Image alt Image alt