Ford Ranger dünyada ən çox satılan örta ölçülü pikaplardan biridir. Keçən il Ranger modeli 340 min nüsxəlik tirajla satılıb ki, bu göstəriciyə görə amerikan pikapı yalnız Toyota Hilux (450 min) modelindən geridə qalır. Cari T6 seriyasından olan Ranger modeli artıq 11 ildir ki buraxılır və indi yerini yeni pikapa verməyə hazırdır. Yeni nəsil Ford Ranger modelinin təqdimatı ən vacib bazarlardan biri sayılan Avstraliyada baş tutub. Pikapın yaradılması da məhz buradakı mühəndis mərkəzinə həvalə edilib.
Ford Ranger modelinin modifikasiya çeşidi
Ford şirkəti pikapın hazırlanması zamanı beş minə yaxın cari nəsil Ranger modelinin sahiblərinin istəklərinin nəzərə alındığını bildirir. Məsələn, pikap sahibləri Ranger modelinin daha böyük və brutal görünməsini istəyiblər. Necə deyərlər - buyurun alın.
Pikapın yeni nəsli demək olar ki, üfüqi kapotu və iri C-şəkilli gündüz hərəkət işıqları olan tam ölçülü Ford F-150 modelinə bənzər alınıb. Opsiyalar arasında matrisa tipli LED fənərlər də var. Piknik zamanı işıqlandırmanı pikapın önündəki meydançanı işıqlandırma rejiminə də keçirmək mümkündür.
Ford Ranger Sport
T6 platforması ciddi şəkildə yenidən işlənib. Ön asqı 50 millimetr irəli çəkilib (təkər bazası 3270 millimetr təşkil edir), bundan başqa kuzovun eni və təkər izi də 50 millimetr genişləndirilib. Bu yeniliklər avtomobilin nisbətlərini yaxşılaşdırmağa, giriş və çıxış bucaqlarını artırmağa, habelə mühərrik bölümünü genişləndirməyə imkan verib.
Mühərrikin soyudulması da yaxşılaşdırılıb, əlavə olaraq ikinci 12-voltluq akkumulyatorun yerləşdirilməsi üçün məkan peyda olub.
Ford Ranger Sport
Yayları olan ikiqollu ön asqı dəyişilməyib, arxa bütöv körpü isə modrnizasiya edilib: arxada əvvəlki kimi ressorlar quraşdırılsa da, amortizatorlar daxildə deyil, ramanın lonjeronlarından xarici tərəfdə yerləşdiriliblər. Ümumilikdə bütün bu dəyişikliklər komfortu yüksəltməyə və idarəetməni yaxşılaşdırmağa imkan veriblər.
Hələlik yeni Ranger yalnız bir yarımlıq və ikicərgəli kabinalar ilə təqdim edilib, lakin birsıralı işçi variant da olacaqdır. Yük bölməsinin parktikliyi də yaxşılaşdırılıb: burada üklərin bərkidilməsi üçün güc elementlərinin sayı artırılıb, əlavə önədiş qarşılığında 400 vattlıq məişət elektrik çıxışı da nəzərdə tutulub. 50 millimetr genişləndirilmiş kuzov standart yük palletini yerləşdirməyə imkan verir.
Ford Ranger XLT
Ford Ranger modelinin interyerinin təsvirində hələlik əsas diqqət bahalı versiyalara verilir, və onlar nəzərəçarpacaq dərəcədə zəngib və rahat olublar. Tərtibat materiallarının keyfiyyəti yaxşılaşdırılıb, virtual cihazlar paneli peyda olub, müasir Sync 4 multimedia sistemi isə 10,1 və ya 12 düymlük şaquli displeyə malik olubdur.
İkinci halda belə, klimat-kontrolun ayrıca analoq pultu var. Pikapın avadanlıq siyahısında FordPass telemetriya sistemi, Wi-Fi ötürücüsü və elektromexaniki dayanacaq əyləci var. Trasnmissiyanın selektoru üç variantda təklif olunur ki, onların arasında son zamanlar dəbdə olan qeydə alınmayan da var.
Ford Ranger Wildtrak
Salonda xırda əşyaların saxlanması üçün daha çox yer var: qapılardakı ciblər böyüdülmüş, mərkəzi konsolda meydança peyda olmuş və əlavə yuxarı əlcək qutusu quraşdırılmışdır. Bundan başqa, Ford Ranger müasir elektron yardımçılar ilə təchiz edilir: onlarin arasında dairəvi görüntü kameraları, adaptiv kruiz-kontrol və yol nişanların tanınması sistemi var.
Eyni zamanda, XL,XLS,XLT,Sport və Wildtrak təchizat səviyyələri nəzərdə tutulub.
Ford Ranger
Ranger modeli üçün əsas mühərrik 2,0-litrlik EcoBlue dördsilindrli turbodizeli nəzərdə tutulub: bir turbokompressorlu versiya iki güc variantında nəzərdə tutulub, üstəlik, ən güclü iki turbokompressorlu mühərrik də yerini qoruyub. 3,2-litrlik sıralı beşsilindrli mühərriki F-150 modelindən yaxşı tanış olan 3,0-litrlik V6 mühərriki əvəzləyib. Bir sıra bazarlarda 2,3-litrlik EcoBoost turbomühərriki də təklif ediləcəkdir. Hazırda bu mühərrik ABŞ-da satılan Ranger modelində quraşdırılır. Ford şirkəti aqreqatların güc göstəricilərini açıqlamayıb.
Altı pilləli mexaniki ötürmələr qutusu yenidir, lakin 6-pilləli “avtomat” əvvəlkidir və yalnız dizel versiyalarda quraşdırılacaqdır. Qalan modifikasiyalar yeni hdrotransformatora sahib olmuş 10-pilləli “avtomat” ilə təklif edilirlər. Bu transmissiyada pillələrin dəyişdirilməsi sürəti artırılmış və qoşqunu yedəyə almaq üçün ayrıca rejim əlavə olunmuşdur.
Seçim olaraq iki növ tam ötürmə sistemi təklif edilir. Birincisi, ön oxu sərt şəkildə qoşan klassik part-time tam ötürməsidir. Əlavə olaraq, Ford şirkəti oxlararası differensialı olan daimi tam ötürməni təklif edir! Hər iki transmissiya demultiplikatora malikdir. Elektronikanın altı ofroud rejimi nəzərdə tutulub: əvvəl belə sistem Raptor top-versiyasında var idi. Arxa ötürməli sadə variantlar da olacaqdırlar.
Yeni Ford Range pikapını Tailand və Cənubi Afrika Respublikasında buraxacaqdırlar, lakin ən vacib bazarlarda belə satışlara 2022-ci ilin ortasından tez başlanılmayacaqdır. Avropada pikap yalnız 2023-cü ilin əvvəlində, ABŞ-da isə ondan da gec satılmağa başlayacaqdır.
Ranger modelinin dünya üzrə 180 ölkədə satılması nəzərdə tutulub. Ford eyni zamanda 600 ədəd firma aksessuatından ibarət assortimenti hazırlayır. Sonradan Ranger ilə eyni platformanı bölüşən Ford Everest ofrouderi işıq üzü görməlidir. Bundan başqa, Ranger modelinin Volkswagen markası altında buraxılan versiyası - ikinci nəsil Amarok pikapı debüt etməlidir. Bu pikap da CAR-dakı zavodda istehsal ediləcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.