Dünyada ən yaxşı avtomobil hansıdır?
Bu sual üzərində milyonlar baş sındırır. Elə biz də bu suala
cavab axtarırıq. Özü də 2002-ci ildən hər gün səhərdən axşama qədər. Lakin, bu işi xüsusi məmnuniyyətlə gördüyümüzü və prosesdən böyük həzz aldığımızı heç də gizlətmirik.
Üçüncü minilliyin başlanğıcı hər yerdə olduğu kimi, bizdə də yeni mass-media janrlarının yaranması ilə müşayət olunurdu. Bunların arasında peşəkar avtomobil jurnalistikası da var idi. Biz bu işdə birinci idik və bu səbəbdən də güclü həyəcan keçirirdik. Hiss edirdik ki, yeni eranın kandarındayıq, bu günə qədər görünməmiş marşrutu olan marafonun başlanğıcındayıq.
Biz “Autograph” jurnalını durmadan, dəlicəsinə və fanatikcəsinə yaradırdıq. Yatmır, yemir, içmir, yalnız test edib, şəkillər çəkib, məqalələr yazaraq mübahisələr edirdik.
Yeni və son loqomuz özündə bir neçə avtomobil simvolikasını birləşdirir. Hərflər Avropa avtomobil nömrə nişanlarının şrifti ilə yazılıb, “O” hərfi isə hərəkətdə olan təkər diskini və idman avtomobillərində diqqət çəkən qırmızı əyləc supportlarını əks etdirir.
Biz reklam haqqında düşünmürdük, sponsorlar axtarmırdıq - bir qədər sonra onlar özləri bizi axtarıb-tapdılar. "Sizin jurnalda test-drayv neçəyədir?", - avtomobil dilerləri bizdən soruşurdular. "Sizin avtomobilin qiyməti nə qədərdir?", - biz zarafatla cavab verirdik. Biz tədricən tanındıq və hətta nüfuzlu da olduq: 100 vərəqlik parlaq üzlüklü nəşrin “mitinq-rumlardakı” jurnal masalarının üzərində mövcudluğu iş adamları və məmurlar arasında yaxşı zövqün əlaməti və "qabaqcıllığın" göstəricisi hesab olunurdu. Dövri nəşr satıcıları "Torqovıda" müştərilərin "Autograph varmı?" sulaına "qurtarıb" deyə cavab verməkdən yorulmuşdurlar. Jurnalın səhifələrində Cenevrə, Frankfurt, Paris və Detroytda keçirilən möhtəşəm beynəlxalq avtosalonlardan reportajlar peyda oldu. Bizim yazarlar çemodanlarını açmağa belə macal tapmırdılar: hər ay ən yeni və prestijli modellərin press-testlərinə dəvətnamələr gəlirdi.
Növbəti məntiqi addım, bu gün artıq efirin qocaman verlişinə çevrilmiş eyni adlı "Autograph" teleproqramın açılışı oldu. Bizim müxbirlərimizin marşrutları İslandiya geyzerlərinin, Xorvatiyanın nudist çimərliklərinin, Sindbadın sehirli sahilinin, Niaqara şəlaləsinin yaxınlığından keçirdi...
Biz vətənimizin füsunkar guşələrini əhatə edən avtomobil yürüşləri təşkil etdik. “Offroad” həvəskarlarını cəlb etməklə Quba və Şəkidə “cip-triallar” keçirdik. Düşündük ki, "Xüsusi mükafatsız avtomobil nəşri ola bilərmi?” Öz "Oskarımızı", hər il ən yaxşı avtomobilləri təltif etdiyimiz "Qızıl çarx" mükafatını təsis etdik. Mükafatlandırma mərasimi "Autograph" jurnalının Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) ilə birgə keçirdiyi "Caspian Motor Show" və “Caucaus Motor Show” avtomobil sərgiləri çərçivəsində keçirilir.
İnternet dövrünün gəlişi ilə oxucularımızla tez-tez görüşmək, yeni buraxılışın çıxışını gözləmədən onlarla öz fikirlərimizi bölüşmək istədik. 2012-ci ilin sonunda "Autograph" gündəlik yeninənən xəbərləri və digər eksklyuziv rubrikaları olan "onlayn" jurnala çevirildi. Bizim araşdırmalar göstərir ki, bu gün məlumat axtaranlar əsasən internetə müraciət edir, oxumayanlar isə, hətta jurnalı alsalar belə, sadəcə şəkillərə baxmaqla kifayətlənir. Üstəlik, internet oxucu ilə "canlı", məhdudiyyətsiz, interaktiv ünsiyyət qurmağa da imkan yaradır.
Yaxşı, bəs ən yaxşı avtomobil hansıdır? Bax bunu biz sizə söyləməyəcəyik. Bizim üçün axtarış prosesinin özü maraqlıdır... Bizə qoşulun.
Ən xoş arzularla,
Autograph jurnalının təsisçisi və rəhbəridir. Eyni zamanda, jurnalımızın aktiv icmalçılarındandır.
İxtisasca iqtisadçı və maliyyəçi, peşəcə jurnalist və yaxud yazıçı-satırıkdir. Yaşayış tərzinə görə isə, azad
rəssam ruhlu «kübar şir» və «bərkgedən» baykerdir... Sürətli baykda əsl moto-fəlakətə düçar olana
qədər tanışları arasında müəmmalı «dinməz» adam kimi tanınırdı.
Qəribədir ki, çoxsaylı əməliyyatlardan və uzunmüddətli reabilitasiya dövründən sonra, o birdən
danışmağa başladı. Sosial şəbəkələrdə çoxlu yazılar dərc etməklə kifayətlənməyərək öz
bloqunu açdı. Maraqlı insanlarla ünsiyyət qurmağa üstünlük verir və hər gün müxtəlif tədbirlərdə
iştirak edərək kübar xronikasının qəhrəmanına çevrilib. Tez-tez KİV-lərə müsahibələr verir -
jurnalist həmkarlarımızın fikrincə ətrafındakı aləmə olan qeyri-standart görüşü və istənilən suala
bənzərsiz cəsarətli mülahizələri ilə seçilir.
Ramin Musayevin ən sevdiyi iş sürətli və dəbdəbəli avtomobillərin testləridir: hər zaman Porsche,
Lamborghini və ya Ferrari avtomobillərində şütüməyə hazırdır. Dəfələrlə superkarların istehsal
olunduğu zavodlara da baş çəkib. İşgüzar aləmin və incəsənətin müxtəlif sahələrində çalışan
insanlardan müsahibə almağı sevir. Onun verdiyi suallar sanki insanların ruhlarını sınaqdan çıxarır.
Onun materialları səmimi fikirlərlə yanaşı ifrat dərəcədə təhlükəli açıqlamalar ilə doludur.
Bizim baş redaktor testlərdən boş vaxtında bilyard oynamağa, ov etməyə, balıq tutmağa, rok-
musiqisi ifa etməyə üstünlük verir. Avtoturizm də onun maraq dairəsindədir. Ailəlidir, üç uşaq
atasıdır.
Demək olar ki, ailəsi ilə birlikdə Avropanın bütün iri şəhərlərini avtomobildə gəzib. Avtomobildə
"dünya" səyahətinə çıxmağı və bu barədə film çəkməyi arzulayır. O, müxtəlif avtomobil bayramları
təşkil etməyi sevir: hər il «Caspian Motor-Show» və «Caucasus Motor-Show» sərgilərini keçirir,
təsis etdiyi "Qızıl çarx" mükafatını təqdim edir. Qeyd etmək gərəkdir ki, Natiq Zərbəliyev 1998-ci
ildən Azərbaycan avtomobil dilerləri assosiasiyasının yaradıcısı və əvəzsiz sədridir.
İctimai fəaliyyət yaxşı işdir, bəs peşə fəaliyyəti barədə nə demək olar? Natiq Zərbəliyev ötən əsrin
90-cı illərinin ortalarında «Avtobiznes» (1996-cı il), «Avtoplyus» (1997-ci il) qəzetlərinə rəhbərlik
edib. «4 carx» (1999-cu il), «Transmissiya» (2004-cü il), «Trafik» (2012-ci il) kimi televiziya və radio
proqramlarının müəllifi və aparıcısı olub. Bu gün o, «Autograph» jurnalı ilə yanaşı, «Lider TV»
kanalında bazar günü efirə çıxan eyni adlı TV-proqramını və 106 FM radiostansiyasında gündəlik
«Prime Time» səhər radio-şousunu yaradır. 2009-cu ildə Natiq Zərbəliyev «Azərbaycanda
avtomobil jurnalistikasının yaradılması və inkişafındakı xidmətlərinə görə» Jurnalistlər birliyinin
H.Zərdabi adına mükafatına layiq görülmüşdür.
«Autograph» jurnalının əsas test-pilotudur. Onun yaradıcılıq portfelində - onlarla ən müxtəlif
minik və yolsuzluq avtomobillərinin sınaqları var. Özü də təkcə avtomobillərin deyil...
Ekstremal sürücülük üzrə diplomlu mütəxəssis olaraq, Ruslan avtomobil şinlərinin ən müxtəlif
şəraitlərdə, o cümlədən, buz üzərində keçirilmiş test sınaqlarında dəfələrlə iştirak edib.
Ümumiyyətlə, yüksək sürətlərə və müxtəlif risqli tədbirlərə məhəbbət Ruslana xasdır.
O, həmçinin şərq döyüş növlərinin də pərəstişkarıdır. Aykido üzrə qara kəmər sahibidir.
Hələ 2000-cı illərin əvvəlində Ruslan Musayev «Autograph» jurnalının yaradılması prosesində
ən fəal iştirak edən şəxslərdən biri olub. Bank sektorunda rəhbər vəzifədə çalışsa da, müxtəlif
ölkələrdə keçirilən avtomobil press-testlərində iştirak etmək üçün hər zaman vaxt tapır,
Cenevrə, Frankfurt, Paris şəhərlərində keçirilən beynəlxalq avtosalonlara mütəmadi olaraq
baş çəkirdi.
O, həmçinin bu gün Azərbaycanın avtomobil sektorunda uğurlu fəaliyyətini davam etdirən gənc
avtojurnalistlərin hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onda avtojurnalistikaya və
avtomobillərə olan məhəbbət o qədər güclüdür ki, hətta ölkəmizin xaricdəki diplomatik
missiyalarının birində uzunmüddətli ezamiyyətdə olarkən belə redaksiyamız ilə əməkdaşlığı
davam etdirərək maraqlı materiallar göndərib. Bu gün o, jurnalın aparıcı şərhçisidir.
Ruslan Musayev öz yazılarında sürücülük etikasına və hərəkətin təhlükəsizliyinə geniş yer verir.
Ruslanla tanış olanlar onun alicənablığını, prinsipiallığını, insanlara mehriban münasibətini,
sadəliyini və böyük insani cazibəsini qeyd edirlər. Təsadüfi deyil ki, onun təbəssümünü
«Hollivud təbəssümü» adlandırırlar.
Davud 2003-cü ildə jurnalistika fakultəsini bitirib, 2016-cı ildən yaradicilıqla məşğuldur. Hər zaman
gözəl avtomobil görəndə, yanından keçə bilmir, xatirə üçün mütləq onunla foto çəkdirməlidir.
Bizim nəşriyyatın fotoqrafıdır və alman avtosənayesinin məhsullarının böyük həvəskarıdır. Onun
istedadı çoxşaxəlidir, o nəinki avtomobilləri, həm müxtəlif fotosessiyaları və qəhrəmanlarımızla
müsahibələri bizim jurnal üçün çəkir. «Autograph» jurnalının sonuncu çap versiyasının üz qabığı
da onun əsəridir. Qızlar onu çox sevir, çünki onun fotokamerası var və «selfi» etməyə ehtiyac
duyulmur.
Əvəzində Vüsal bizim testlər zamanı «selfi» etməyi sevir. Atalar demişkən, «özün özünü
çəkməsənsə - heç kim səni çəkməyəcəkdir».
Fərhad artıq dörd ildir ki, bizim jurnal üçün şəkillər çəkir. Avtomobill və motosikllərin çəkilişi üzrə
ixtisaslaşıb. Onun bizim jurnal üçün ilk işi Kawasaki Z1000 motosiklinin test-drayvı ilə bağlı olub.
Ümumiyyətlə, Fərhad sürətli avtomobilləri, motosiklləri çox sevir. Onun fotosessiyaları uzun çəkir,
amma alınan şəkillər hər zaman əla keyfiyyəti ilə seçilir - axı o, vaxtını boş yerə sərf etməyi
sevmir. Fərhad öz işini ürəkdən sevir və böyük məmnuniyyətlə yerinə yetirir.
Autograph TV-proqramıni xarici səfərlərdə rəqəmsal kamera ilə qeydə alıb, montaj edir.
Rəssamlıq Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra, müstəqil rəssam, dizayner,
videoqraf kimi çalışır. Azərbaycan Rəsssamlar İttifaqında üzvlüyünə baxmayaraq,
çoxdandır öz işlərini sərgilərdə nümayiş etdirmir, hesab edir ki, ən gözəl
əsərləri - üç övladıdır.
Avtomobillə «sən»lə danışır, aktiv «drayverlik» tərəfdarıdır, asfaltın bir qarışını
belə qonşu sürücülərə verməz. «Xanımlar parklanmağı bacarmır» - anlayışını dayanacaqlarda
göstərdiyi driftinqlə alt üst edir. İstənilən modeli təkbaşına test edə bilər,
lakin o zaman videonu kim çəksin.
Ceyhun 1993-cü ildən foto sahəsində çalışır. 2000-lərin əvvəlində Reuters Agentliyinə çalışıb.
Şəkildə kreativliyi sevir, özəlliklə ağ-qara şəkilləri. Bir müddət Turkiyədə dəvət ilə reklam
və xəbər agentlikləri ilə çalışandan sonra Vətənə dönür və Azərbaycanda fəaliyyətini davam edir.
Çətin iş günündən sonra dostlar ilə təmiz havada görüşləri və söhbəti sevir.
İlk növbədə istedadlı Bəstəkardır. Bu istedadını hələ məktəbdə tamaşalar üçün musiqi
yazmaqla inkşaf etdirməyə başlayıb. Deyilir ki, “İstedadlı insan hər sahədə istedadlıdır”.
Bəstəkarlıqla bərabər həm məlahətli səsi var, həm də yaxşı şerlər, hekayələr yazır.
Hələ orta məktəbdə oxuyarkən müəllimlərə kömək edərək şagirdlərin tapşırıqlarını yoxlayırdı.
Elə o zamandan mətnlərdəki səhvləri görüb, düzəldir. Gözündən heç bir şey yayınmır.
Ətrafındakı insanları dəqiqliklə analiz edir. Bu daxili hissiyat və ən başlıcası bürclərin
xüsusiyyətlərini səlis bildiyindən irəli gəlir.
Ən çox sevdiyi heyvan – pişikdir. Özü də pişik (dovşan) ilində doğulduğu üçün pişiklərlə
həmxasiyyətdir.
Uşaqlıqdan avtomobillərin sınaqlarında iştirak edərək, 2019-cu ildə komandamıza qatıldı.
ABŞ-da yaşayarkən, yol hərəkəti qaydalarına yiyələnib, avtomobillərə olan sevgisi isə
dəfələrlə artıb. Artıq Autograph-ın ən gənc müxbiri olaraq çalışır.