Audi şirkətinin ilk elektrik modeli olan e-tron krossoveri diler mərkəzlərində planlaşdırıldığından bir ay gec nümayiş etdiriləcəkdir. Gecikmənin səbəbi kimi quraşdırılmış proqram təminatındakı problemlər və LG Chem tərəfindən akkumulyatorların qiymətinin qəfil artırmasının göstərilir.
Reuters agentliyinin əldə etdiyi məlumata əsasən, krossoverin proqram təminatının əlavə yoxlamaya ehtiyac olduğu aşkar edilib. Bunun aradan qaldırılması üçün istehsalçıya dörd həftə zaman gərəkdir. Lakin başqa məlumata görə, gecikmə bir neçə ay çəkə bilər. Bundan başqa, alman Bild am Sonntag qəzeti LG Chem şirkətinin akkumulyatorların qiymətini 10% artırmaq niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Audi şirkəti sentyabr ayının 18-də San Fransiskoda keçirilən xüsusi tədbirdə e-tron elektrik krossoverini təqdim edib.