Audi şirkətinin rəhbərliyi bayraqdar sedanı olan A8 modelinin yeni nəslinin uzun bazalı dəbdəbəli modifikasiyalarının hazırlanması üzərində düşünür. Mercedes-Maybach S-Class və S-Class Pullman limuzininə rəqib ola biləcək avtomobilin ətrafında aparılan müzakirələr barədə xəbəri, alman markasının baş mühəndisi Ştefan Knirşə istinadən Auto Express dərgisi yaymışdır. «Biz bu haqda düşünürük. Uzun bazalı S-Class modifikasiyalarının uğuru, bizi bu layihənin iqtisadi cəhətdən səmərəliliyini təhlil etməyə yönəltmişdir», - söyləyən Knirş Audi rəhbərliyinin bu məsələyə tərəddüdlə yanaşdığını bildirmişdir.Bununla belə, Audi şirkəti yeni nəsil A8 sedanının variantlarını hiss ediləcək dərəcədə artırmaq niyyətindədir.
Mercedes-Maybach və Pullman modellərinin rəqiblərindən savayı modelin kupe kuzovlu variantının da olacağı güman edilir. Əlavə olaraq, Knirş gələcək bayraqdar sedanının avtonom idarəetmə sistemi ilə təchiz ediləcəyini də təsdiq etmişdir. Avtopilot insanın iştirakı olmadan dayanacaqda və tıxaclarda manevr etmək, həmçinin 60 km/saat həddinə qədər sürətlərdə sərbəst şəkildə hərəkət edə bilər.
Xatırlayırsiz isə, bir müddət əvvəl, belə bir sistemlə təchiz edilmiş Audi A8 modeli VİP-taksi rolunu oynayaraq Daliel Brülü Podstamdakı evindən göterərək mərkəzi meydanda keçirilən film festivalının təqdimat mərasiminə aparmışdı.
Çox güman ki, Audi A8 bayraqdar sedanının yeni nəsli iş həcmi 6,3-litrdən 6,0-litrə azaldımış W12 mühərriki ilə təchiz ediləcəkdir. Həcminin azalmasına baxmayaraq, mühərrikin gücü 500 at qüvvəsinən 585 at qüvvəsinə yüksələcəkdir. Yeni sedanın «qaynar» variantı 580 at qüvvəsi gücü olan 4,0-litrlik V8 turbomühərriki ilə təchiz ediləcəkdir. Bildiyimiz kimi, Audi şirkətinin daxil olduğu Volkswagen AG konserni Horch brendinin hüquqlarına sahibdir.
Əgər Audi rəhbərliyi Mercedes-Mahbach S-Class modelinə rəqib olacaq dəbdəbəli modeli burxmaq qərarına gələrsə, vaxtı ilə dəbdəbəli avtomobillərin buraxıldığı bu brendi yenidən həyata qaytara bilər.
1937-ci ilin Horch 853A Sport Cabriolet modeli
1937-ci ilin Horch 853A Sport Cabriolet modeli
1937-ci ilin Horch 853A Sport Cabriolet modeli