Hidrogenlə işləyən BMW avtomobilinin debüt tarixi məlum olub. BMW şirkətinin ilk seriya hidrogen avtomobili 2028-ci ildə debüt etməlidir. Bunun üçün şirkət 10 ildən artıqdır ki, Mirai modelini istehsal edən Toyota ilə mövcud əməkdaşlığını genişləndirmək qərarına gəlib.

Layihənin təfərrüatları hələlik sirr olaraq qalır, çünki təqdimata hələ dörd il var. Bununla belə, BMW şirkətindən hidrogen avtomobilinin mövcud modelin versiyası olacağını və üzü dəyişdirilmiş Toyota modelinin olmayacağını bildirib.

BMW şirkətinin ən son hidrogen konsept avtomobili X5 krossoverinin əsasında hazırlanıb və iX5 Hydrogen adlanır. İndi hazırkı X5 modeli həyat dövrünün ortasındadır, odur ki, hidrogen modelinin debüt edəcəyi 2028-ci ilə qədər o, artıq növbəti nəslə keçəcək. Böyük ehtimalla, həmin model yanacaq elementləri ilə hərəkətə gələn BMW üçün əsas olacaq.

BMW şirkətindən avtomobilin Toyota ilə birlikdə hazırlanacağı, lakin onun beyc-injinirinqin məhsulu olmayacağı bildirilib. İnsayderlərin fikrincə, hidrogen avtomobili CLAR modul platformasında inşa ediləcək. 

Bu platforma həm də yenidən canlandırılmış BMW 6 seriyasının əsasına çevriləcək. Bu platforma benzin, eləcə də hibrid və tam elektrik güc qurğularının quraşdırılmasına imkan verir.

Təxminən 400 at qüvvəsinə malik olan iX5 Hydrogen 2019-cu ildə təqdim edilib. Hidrogen iki karbon lifi ilə gücləndirilmiş plastik silindrlərdə 700 bar təzyiqi ilə saxlanılır. Yanacaq doldurmadan krossover 504 kilometr məsafə qət edir və 100 km/saat həddinə altı saniyədən az müddətdə sürətlənir. Maksimal sürət 180 km/saatdır. BMW iX5 Hydrogen modeli üçün yanacaq elementləri Toyota tərəfindən təmin edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.