Ayaqlarda döyənəklərin (mazol) yaranması və ayaq dırnaqlarının ətə girməsinin ən başlıca səbəbi ayaqqabının ölçüsünün səhv seçilməsidir. Əgər ayaqqabı ayağa böyük yaxud kiçikdirsə, ayaqda bir çox problemlər yarana bilər. Döyənək onlardan biridir.

Ayaqqabının ölçüsünün düzgün seçilməsi ilə ətraflı tanış olmaq üçün məqaləmizi oxuyun:

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Əgər ayaqqabını öz ayağınıza görə tapa bilmirsinizsə, sifariş etmək ən yaxşı üsuldur. Bəzən bir adamın iki ayağı bir-birindən en və uzunluğuna görə fərqlənə bilər. Tam simmetrik ayaqlara çox az rast gəlinir. Əgər simmetrik ayaqlara maliksinizsə, bəxtiniz gətirib.

Fərqli ayaqlara sahib olan insanlar üçün hazır ayaqqabı narahatçılıq yaradır. Ona görə hər ayaq üçün ölçü götürələrək sifarişlə hazırlanması ən yaxşı yoldur. Bu halda ayaqlar özünü rahat hiss edəcək. Həm də ayağın quruluşundan asılı olaraq ayaqqabıların forması, altlığı, içliyi xüsusi olaraq seçilə bilər.

Döyənəkləri isə xüsusi ilə də dırnaq problemini yalnız pedikür ustaları həll edə bilərlər. Onu da qeyd edim ki, dırnağın ətə girməsi ayaqda pis qoxunu yaradan səbəblərdən biridir. Pedikür ustaları dırnaqların istiqamətini dəyişib, normallaşdırmaq üçün bir neçə ay ərzində dırnaqları düzgün kəsməlidir. Bundan sonra dırnaq öz yerini alır və problem aradan qalxır. 

✽ Məsləhət – Enjoy Beauty center | Baku ➤

Amma, ayaqqabı dəyişilməzsə bu problem yenə qayıdacaq. Ona görə problemi hərtərəfli kökündən həll etmək lazımdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.