Bentley şirkətinə məxsus olan Mulliner bölməsi fərdiləşdirmə proqramı çərçivəsində mininci avtomobili istehsal etdiyi barədə məlumat verib. Bölmə 2014-cü ildə yaradılıb və o vaxtdan bəri dizaynlər komandası həftədə orta hesabla üç layihə həyata keçiriblər.

Mulliner Design bölməsinin ilk layihəsi 15 Flying Spur Serenity sedanından ibarət seriya olub. Sonradan bölmə Bacalar rodsteri və Continental GT Mulliner kupesi kimi layihələrə imza atıb. Mininci yubiley avtomobili isə, tezliklə Britaniya markasının Avropadakı müştərisinə göndəriləcək olan Bentayga krossoveridir.

Bentley Continental GT Speed Breitling Jet Team Series

2020-ci ildə Bentley Mulliner bölməsi fəaliyyəti üç istiqamətə ayırıb: Classic, Collection və Coachbuilt. Adından da götründüyü kimi, birinci istiqamək klassik avtomobillərin bərpası və yenidən buraxılmasını (Blower) nəzərdə tutur.

İkinci istiqamət isə, seriya modellərinin kolleksiya versiyalarının (Continental GT Equinox Edition) yaradılmasını ehtiva edir. Nəhayət, üçüncü istiqamət, adi Bentley avtomobillərini təkrarlamayan tamamilə orijinal modellərin (Bacalar) yaradılmasıdır.

Bentley Flying Spur W12 Serenity Edition

Mulliner Design bölməsinin qurulmasından artıq yeddi il keçir. Bu müddət ərzində bölmə min avtomobil hazırlayıb - hər şey isə, 15 nüsxəlik Bentley Flying Spur W12 Serenity Edition seriyası ilə başlayıb.

Bu seriyadan olan sedanlar ikirəngli kuzova malik olan ilk Flying Spur sedanları idi. Mulliner atelyesi üç kombinasiya təklif edirdi: Pale Sapphire/Black Sapphire, Pale Velvet/Damson və Moonbeam/Volfram. Bundan başqa, interyerin bir neçə yeni tərtibat variantı və yenidən işlənmiş oturacaqlar da nəzərdə tutulmuşdu.

Bentley Continental GT Pikes Peak

 Lakin texniki cəhətdən avtomobillər dəyişməmişdilər: sedanlar 625 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 biturbo mühərriki, səkkiz pilləli “avtomat” və tam ötürmə sistemi ilə təchiz edilirdilər.

Studiyanın mininci yubiley işi Magenta rənginə boyanmış və 22-düymlük Blackline Specification disklərinə sahib olan Bentley Bentayga V8 krossoveridir. Markanın avropalı müştərisi krossoverin interyerini Mulsanne modelində olduğu kimi “zeytun göyrüşü” şponu ilə tərtib etməyi, habelə oturacaqların kürəyinin yuxarı hissəsini və qapı panellərini seçilən cütlənmiş tikişlə bəzəməyi xahiş edib. Bu naxış, öz növbəsində, hazırkı Continental GT Mulliner modelinin rombşəkilli dekoru üçün ilham mənbəyinə çevrilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Studiyanın digər maraqlı işləri arasında Breitling Jet Team pilotaj qrupuna həsr olunmuş Continental GT Speed modeli, Payks Pik rekordunun şərəfinə buraxılmış Continental GT Pikes Peak kupesi, Santa Klaus üçün hazırlanmış Flying Spur V8 modeli və şirkətin qurucusu Uolter Ouen Bentlinin avtomobilinin dirsəkli valının bir hissəsi quraşdırılmış Bentley Mulsanne W.O. sedanı var.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.