Müdriklər deyiblər ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Amma zaman dəyişir, bəzən heç ağıla məhəl qoyulmur. Yaxud ağılı işə salıb sübut edənədək gec olur, çünki ilk təəssüratı dəyişmək çətindir. Bu da insanların daha dərin yanaşmamasından irəli gəlir. Əgər görüşdüyünüz şəxsin İQ (İntelekt əmsalı) səviyyəsi yüksək deyilsə, yaxud özündən ağıllıları bəyənmirsə, onda onun görüşünə yaxşı geyinərək gedin ki, ilkin təəssürat yaradasınız, onda, bəlkə, heç ağlını da çox göstərməyə ehtiyac qalmayacaq.
Dress-kod (ing. dress code - geyim kodeksi) - müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması.
Çox adam “yaxşı geyinməyi” bahalı geyinmək kimi qəbul edir. Lakin, belə deyil... bu düzgün geyinməkdir.
Məsləhətim odur ki, saxta brend adı altında geyim deyil, daha əlçatan qiymətə olan markalardan istifadə edin. Saxta (feyk) “brend” geyim əks təəsürat yaradacaq, imicin aşağı düşməsi ilə nəticələnəcək. Paltarın üzərində brend adı olmaması qəbul olunub, çünki bu artıq aşağı səviyyə sayılır, kiçikcik loqolar istisna olmaqla (məsələn Polo köynəklərin döşündə olur).
Artıq Bakıda əlçatan qiymətə orta səviyyə, lakin dəbli və keyfiyyətli geyim təklif edən mağazaların sayı çoxdur, yetər ki, ticarət mərkəzlərinə baş çəkəsən. Əgər büdcəniz onlardan almağa imkan vermirsə, endirimləri gözləyin və böyük endirimlər zamanı əldə edin. Məsələn, yayda payız və qış üçün, qışda isə yaz və yay üçün geyimləri sərfəli qiymətlərə almaq olar. Outlet mağazalara, Trendyola yaxud onlayn outlet vebsaytlara diqqət yetirin.
İtalyan kişilər dəbli obrazları ilə məhşurdurlar. Hətta, İtaliyada həmin kişilərin az hissəsi pərakəndə qiymətlərlə alış-veriş edirlər. Onlar da endirim sezonlarında yaxud outlerdə alış-veriş etməyə üstünlük verirlər. Çünki, az büdcə ilə yüksək keyfiyyətli, daha çox predmet əldə etmək mümkündür. Hətta, bununla fəxr də edirlər.
Tez-tez müxtəlif formatlı tədbirlərdə oluram. Dəvətnamələrdə geyim tərzi qeyd olunsa da, çox insan buna riayət etmir. Bəlkə də bilməməzlikdən irəli gəlir.
Məsələn, çox hallarda rəsmi tədbirlərə cins və sniker (idman ayyaqqabısı) və ya mokasin geyinərək qatılırlar. Bu, ilk növdəbə təşkilatçıya və iştirak edən qonaqlara, həm də özünə hörmətsizlikdir. Ən çox təəcübləndirən isə, kişilərin əksəriyyətinin qalstuk bağlamağı bacarmadığı üçün ondan istifadə etmir, məmur və bank işçiləri istisnadır, çünki onların dress-kodu bunu tələb edir.
- Buna Bax – Галстук, как знак хорошего вкуса ▶︎
Bəziləri bir dəfə qalstuku bağlatdırıb, daha onu açmırlar ki, gündəlik bağlamağa ehtiyac olmasın. Bu isə qalstukun tez xarab olmasına yol açır. Əslində, qalstuk bağlamaq çox asandır, hər bir kişi bunu bacarmalıdır. Azərbaycanda dress-kod yalnız toylarda düzgün tətbiq olunur. O da yəqin ki, toyları sevdiyimizdən irəli gəlir. Bəlkə də, kimsə özünə həyat yoldaşı axtarır deyə, şık geyinir. Həm də toy bir bayramdır, ona görə ona daha yaxşı hazırlaşırıq.
Xarici görünüş ilk növbədə insanın xarakterini, onun həyat tərzini əks etdirir. Deyə bilərsiniz ki, yaxşı geyinmək üçün çoxlu pul lazımdır. Bu, yanlış fikirdir. Bunun müxtəlif yolları var. “Baza qarderobu” deyilən üsulla cəmi 14 geyim element ilə (iki ayyaqabı, iki şalvar, üç köynək, iki mayka, bir polo, bir pencək, bir gödəkçə, bir kostyum, bir qalstuk) 40-a yaxın obraz yaratmaq olar. Həm pula qənaət, həm dəbli görünüş, həm də hər gün müxtəlif görünüşdə olmaq mümkündür.
Seçim və obraz toplamaqda çətinlik çəkənlər fəşn konsultantlara müraciət edə bilərlər. Onlar sizin qarderobu analiz edərək, yeni predmetlərin siyahısını və hazır obrazları yığaraq işinizi asanlaşdıracaqlar.
- Buna da bax – Kişinin qarderobunda olmalı 32 predmet ▶︎
Bu həm kişilər, həm də qadınlar üçün keçərlidir. Yəni şkaflarınızı geyimlə doldurmaq yerinə az sayda, rəngə görə bir-birinə uyğun gələn əşyalar alıb, onları gündəlik bir-birinə uyğunlaşdıraraq, hər gün müxtəlif görünüş yaratmaq mümkündür. Pul az xərclənir, qarderobu vaxtaşırı dəyişmək də ucuz başa gəlir.
Öz xarici görünüşünüzə, gigiyenanıza riayət edərək, digərlərində özünüz haqqında yaxşı təəssürat bağışlaya bilərsiniz. Axı hamı sizinlə yaxınlaşıb tanış olub, sizinlə müsahibə aparmayacaq ki, ağıllı olduğunuza əmin olsun.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.