Bir çoxları minivenlərə həsr edilmiş tizer kampaniyasını yersiz saya bilər, lakin Hyundai şirkətinin hazırladığı Custo miniveni xüsusi bir hadisədir. Əgər Hyundai Custo miniveninin dizayn konsepsiyasını qısa cümlə ilə ifadə etməli olsaq, onu uzadılmış kuzova və sürüşərək açılan qapılara malik olan Tucson modeli adlandırmaq olar.

Yeni miniven orijinal ön fənərlərə, iri hüceyrələri olan radiator barmaqlığına, işıqlanan zolaqla birləşdirilmiş C-şəkilli arxa işıq texnikasına malikdir. Yan tərəflər bir qədər assimetrik görünür, damda isə kiçik spoyler quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt

Hazırda minivenin texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Yeganə məlum olan Custo modelinin Çində 170 at qüvvəli 1,5-litrlik turbomühərrik ilə təchiz ediləcəyidir. Ötürmə istənilən halda ön oxa olacaqdır – birincisi, Səma İmperatorluğunda tam ötürmə o qədər də populyar deyil, ikincisi miniven büdcə modeli olmalıdır.

Əslində minivenin xarici görkəmi heç də sirr deyil – bir müddən bundan əvvəl dərgimiz avtomobilin casus şəkillərini dərc etmişdi. Bundan başqa, minivenin ölçüləri də məlumdur: onun uzunluğu 4950 millimetr, eni – 1850 millimetr, hündürlüyü isə 1734 millimetr olacaqdır. Hyundai Staria miniveni ilə müqayisədə Custo daha kiçik ölçülərə malikdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.