Hyundai şirkəti N Line xəttindən olan Tucson modelinin buraxılışı şərəfinə, krossoverin bazasında art-kar hazırlayıb. «Drive a Statement» adlanan layihənin üzərində alman rəssan Anfreas Prays işləyib. Prays öz əsərlərini marker, qələm və karandaşların köməyi ilə yaradır.
Avtomobilin kuzovuna çəkiləcək şəklin yaradılmasına rəssam 72 saat sərf edib. İlkin olaraq krossoverin kuzovu qırmızı rəngə boyanıb və rəngin üzərinə N Line firma rənglərindən - qara, ağ və qırmızı və mavi, - ibarət olan abstrakt şəkil vurulub.
Tucson N Line modelinin kuzovundakı şəkil yarışları, həmçinin Hyundai i20 WRC və i30 N TCR modelləri barədə xatırlatmalıdır. Kuzovdakı elementlər arasında damalı bayrağa və yarış treklərinə, şıkana və bordürlərinə bənzərləri də vardır. Art-kar Tucson N Line modelinə həsr edilmiş promo-tədbirlərdə nümayiş etdiriləcəkdir.