Son illərdə hərbi stildə (military style) streetstyle geyim çox dəbdədir. O həm kişilər, həm də qadınlar arasında geniş istifadə olunur. Bu yaxınlarda tədbirlərin birində kamuflyaj geyimində olan dəbli və gözəl bir xanım diqqətimi çəkdi, məni bu məqaləni yazmağa ilhamlandırdı.

Oğlanların əksəriyyəti uşaqlıqda hərbçi olmaq, qızlar isə hərbçiyə ərə getməyi arzulayırlar. Çünki, hərbçi mərd kişi və qəhrəman obrazıdır, çox adam isə qəhrəman olmaq arzusundadır.

80-ci illərdə çəkilmiş “Münhauzenin sərgüzəştləri" filmində müharibə xəbərini eşidəndə dəb düşgünü olan Kral ordunun hansı geyimdə çıxış edəcəyi barədə təfərrüatlı göstəriş verir: "Qvardiya toplansın. Geyim yay parad forması, qızıl haşiyəli mavi mundirdə, geniş paqonlar. Bel hissəsi sülh dövrünə nisbətən 10 sm aşağı olsun. Mənim mundirimi verin. Nə?! Mən? Tək yaxalıda??? Bilmirsiniz ki, indi heç kim tək yaxalıda müharibə etmir? Rüsvayçılıq! Müharibə qapımızdadır, biz isə ona hazır deyilik”.

Əlbəttə, bu komediya olsa da, dünyanın bütün orduları üçün xüsusi geyim formaları yaradılır. Bəzən bu işi tanınmış dizaynerlərə həvalə edirlər.

Italyan əskərlərini parad forması

Birinci Dünya müharibəsi zamanı Thomas Burberry Müdafiə Nazirliyinin sifarişi ilə cəbhədə döyüşən əsgərlər üçün xüsusi və universal üst geyim hazırlanma sifarişi alır. O, su keçirməyən parçanı icad edərək, bu gün hamının tanıdığı trençkotu yaradır. 

Hərbi stil, keçən əsrin 60-cı illərində yaranan, bu günə kimi dünya geyim markaları və dizaynerlərinin kolleksiyalarını tərk etməyən kişi modasında olan tendensiyadır. Hərbi geyim kişiliyin və praktikliyin təcəssümüdür.

Hərbi geyim kamuflyaj printi ilə assosiasiya olunsa da, belə printi olan  gündəlik geyimləri ehtiyatla seçmək lazımdır. Çünki əks halda sizi dəbli şəxs deyil, ya balıqçı və ya ovçu olduğunuzu hesab edəcəklər.

Hərbi stil – müasir texnoloji hərbi forma elementləri olan rahat geyimdir.

Kamulyaj geyim gizlənmək üçün istifadə olunur, şəhərdə gəzərkən sizi hamı görür.

Yaranma tarixi

Hərbi stildə geyim Birinci Dünya müharibəsindən sonra gündəlik həyata rəvan şəkildə daxil oldu. Məhz o dövrdə geyim fabriklərinin əksəriyyəti ordu üçün çalışırdı, mağazalarda satışda ancaq hərbi formalar qalmışdı. Gündəlik normal geyimlərin çatışmamazlığı, hərbi geyimləri köynək və şalvarlara çevirərək gündəlik həyatda istifadə edilməsinə səbəb oldu. Hərbi çəkmələr isə qış və mövsümarası ayaqqabıları əvəz etdi.

İkinci qayıdış Vyetnam müharibəsi zamanı başladı. Həmin illərdə Amerikan gənclər arasında hərbi forma populyarlaşdı. Bu dizaynerlərin gözündən yayınmır və onlar bu stili gündəlik geyim şəkilində podiumlara çıxarırlar.

Yves Saint Laurent hərbi buşlatdan ilhamlanaraq dəbdəbəli kişi paltosu təqdim edir. Giorgio Armani kişi geyimləri kolleksiyasına İkinci Dünya Müharibəsinin hərbi forması əsasında yaradılmış köynəklər, kostyumlar və paltolar əlavə etdi. Christophe Decarnin öz növbəsində kristallar, qeyri-adi furnitura və paqonlarla bəzədilmiş gödəkçələrlə hərbi üslubda kolleksiya yaratdı. Beləliklə, bu stil moda istiqaməti olaraq daha da populyarlaşdrıldı.

Giorgio Armani Nyu York Fəşn Həftəsində hərbi stil kişi kolleksiyası

Bəs dəbli hərbi stil obraz necə olmalıdır? 

Hərbi forma – hərbi qulluqçular tərəfindən geyinilmək üçün hazırlanmış standartlaşdırılmış geyimdir. Bu formanın görünüşü, tərkibi və xüsusiyyətləri müvafiq dövlət hərbi qurumlar tərəfindən standartlaşdırılır.

Hərbi stil obraz – hərbi formanın stilizə edilmiş kəjual növüdür. Bu obraz gündəlik geyim əşyaları və aksessuarlarla yaradılır.

Safari tərzi – yüngül və rahat səyahət geyimidir. Əsas rənglər bej, qum və ağdır. Kobud çəkmələrlə yanaşı, sandalet və ya ayaqqabı ilə də geyinilir. Onu Hərbi stil ilə qarışdırmayın.

Safari stilində obrazlar

Hərbi stil rəngləri: xaki, qəhvəyi, bej, qum, zeytun, ağ və qara. 

Geyimlərin hərbi forma kimi görünməməsi üçün printlər hərbi forma üçün xarakterik olmayan – qırmızı, narıncı, çəhrayı rənglərlə əvəz edilir.

Ayaqqabı

Hərbi stil çəkmələrdən başlayır, o ilk diqqət çəkən predmetdir. Çəkmə növləri – kombat, dezert (səhra, çukka), haykinq və iş (work boots) sayıla bilər. Onlar dəridən yaxud zamşadan hazırlanır. Rənginin mütləq qara olması şərt deyil, qəhvəyi, kürən, siqar, zeytun, göy rənglər daha məsləhətlidir. Dərinin üstünlüyü hər bir hava şəraitində geyinmək imkanın olmasındadır. Həm də qəhvəyi, kürən rənglərdə olan həqiqi dəri köhnəldikcə, qırışıları ona xüsusi şarm verir və vintaj görünüşü yaradır.

✽ Bu məqaləyə də baxın – Ayaqqabını necə seçmək lazımdır ➤

Çəkmənin bağları üçün dəliklərin yuxarı sırasında metal yarımhalqaların olması obraza hərbçi görünüşü verir. Altlığı kobud protektorlarla təhciz olunmuş çəkmələr, brutal görünüşlə yanaşı həm də müxtəlif səthlərdə dayanıqlığı daha etibarlı və təhlükəsiz edir. 

İsti aylarda çəkmələr krossovka, sniker, ked və idmansayağı broq yaxud derbi ilə əvəz oluna bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şalvar

Şalvarın mütləq karqo tipli olması vacib deyil, hətta onu çinosla əvəz edilməsi daha dəbdəbəli və müasir görünüş yaradacaq. Rəng olaraq yenə də əvvəldə göstərdiyim hərbi rənglərə uyğun seçilməsi məqsədəuyğundur. 

Hərbçilər üçün yaradılan ilk çinos şalvarlar xaki, isti ölkələrdə istifadə üçün bej və qum rəngində, sonradan isə kamuflyaf printlə tvill parçadan yaradılmışdır. O həm rahat, həm dözümlü olması ilə rəğbət qazanıb. Bu keyfiyyətlər onun gündəlik həyata keçməsinə təkan verib.

Öz növbəsində, denim parçadan hazırlanmış cins şalvarlar universal olduğu üçün hərbi stilə daxildir. Bədən formasına uyğun olaraq slim fit, regular fit və loose fit (geniş) seçilə bilər.

✽ Bu məqalə maraqlı ola bilər – Bəs sənin Çinosun var? ➤

Köynəklər

Çinos, karqo və cins şalvarla tee (t-short, futbolka) ilə kəjual köynək, kobud toxunmalı kəjual yaxud hərbi stildə sviter obrazı yaxşı tamamlayacaqdır. Bundan əlavə ancaq tee yaxud hudi (hoodie, sweatshirt) geyinmək olar.

Image alt Image alt

Üst geyim

Üst geyim olaraq dəri, zamşa, denim, neylon materialdan bomber, aviator tipli gödəkcə və şişmə jilet geyinilir.

Yağışlı havalar üçün trençkot (plaş), soyuq fəsildə buşlat yaxud şinel tipli cüt yaxalı palto seçim ola bilər. Şinel tipli paltonun bel hissəsində yarıq və büzmə parça, onu saxlayan kəmərcik, cüt yaxa iki düymə sırası, enli yaxalıq, poqon və qol manjetləri ilə fərqlənir.

Image alt Image alt Image alt

Papaq

Hərbçilərin mütləq aksessuarlarından biri də papaqdır. Kommando bereti, beysbol kepkası, panama və trikotaj papaq-bini (beane, toxunulmuş, xizəkçi stil) kimi baş geyiminləri hərbçilər üçün xarakterik olan baş örtüyüdür. 

Dünyanın bütün ölkələrində xüsusi təyinatlı dəstələr beretdən istifadə edirlər. İlk dəfə Britaniya tankçıları üçün standart geyimə daxil olmuş beret funsionallığı və universallığı ilə diqqəti çəkmişdi. Yun parçadan tikilmiş beret başı isti saxlayır, qatlandıqda az yer tutur, əməliyyatlar zamanı maneçilik və ağırlıq etmir, onun üzərinə kaska geyinmək olur.

Beretlərin rəngi müxtəlif olur. Məhşur amerikan desantçıları “Mavi beretlilər”, Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları isə “Bordo bereliler” ləqəbini alıblar. 

Azərbaycan Ordusunda Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri qırmızı beretləri ilə tanınırlar. Mavi bereti Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi, yaşıl bereti  Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin hərbçiləri geyinir. 

Aksessuarlar

Aksessuarlarlardan şərf, əlcəklər, enli şalvar kəməri, dəri kəmərli, kobud gövdəli və böyük siferblatlı saatlar, dəri qolbağ, hərbi metal (alüminium, cilalanmış polad yaxud gümüş) boyunbağı və günəş eynəyi tamamlayır. Digər aksessuar – çantadır. Hərbi stilə daha çox bel çantası uyğun gəlir. 

Hərbi boyunbağı (ingiliscə, two-pieces mens Military dog tag pendant necklace) son illərin trendindədir. Məhşur markaların kolleksiyasında belə növ stilizə olunmuş boyubağılara rast gəlmək olar. Sahibi məlumatlarını onun üzərinə həkk edərək individuallaşdıra bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Hərbi stil geyim Brendləri

Çox məhşur brendlərin kolleksiyalarında hərbi stildə geyimlər mövcuddur. Lakin, bu sahədə xüsusiləşmiş dəbli markalar var. Bunlardan italyan Areonautica Militare, Alpha Industries, Maharishi, C.P. Company kimi brendləri göstərmək olar. Həmçinin, tanınmış Avropa və Amerika brendlərinin kolleksiyalarında bu üslubda geyim və ayaqqabıları görmək olar.

Hərbi geyim stili çox rahat və diqqətçəkən olduğu üçün populyardır. Gəzinti, şəxsi görüşlər, istirahətdə ideal dress koddur. Lakin, ofis və rəsmi tədbirlər üçün istifadə edilməsi qəbul olunmazdır. Çünki, hər bir sevdiyin üslubu hər yerə geyinərək ifrata varmaq olmaz. Gedəcəyiniz yerin xüsusiyyətlərindən aslılı olaraq dress-kodlara riayyət etməniz məsləhətdir.

✽ Рекомендуем к чтению – Дресс-код: что нужно знать ➤

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.