Keçən il Lexus markası dünya üzrə 706 min avtomobil (6% artım ilə) satıb. Bu avtomobillərdən 260 mini hibrid və elektrik güc qurğuları ilə təchiz edilmiş modellərin payına düşüb. Lakin “yaşıl” avtomobillərə olan tələbat (+10%) durmadan artır. Hazırda yapon premium markasının model xəttində yalnız bir elektrokar var – bu, 2019-cu ildə debüt etmiş Lexus UX 300e modelidir. Lakin Lexus elektrokarı seçilmiş ölkələrdə satılır.

Buna baxmayaraq, yapon markasının planlarında istənilən zövqə uyğun olan elektromobil çeşidinin buraxılması da var. Yeni ailənin ilki Lexus RZ 450e modeli olmalıdır. Seriya krossoverinin debütü yazda baş tutmalıdır, lakin yapon istehsalçısı seriya elektrokarının ilk şəkillərini dərc edib.

Image alt Image alt Image alt

Faktiki olaraq, Lexus RZ 450e modeli Toyota bZ4X (Subaru Solterra adı altında da buraxılır) elektrik krossoverinin premium versiyası olacaqdır. Orijinal kuzov panellərinin və firma dizaynının altında xarakterik profilli eyni kuzov gizlədilib.

Hətta, yükləmə portunun qapağının yerləşməsi də eynidir. Müvafiq olaraq, RZ 450e modelinin əsasını öndə McPherson dayağı, arxada isə çoxqollu asqısı, döşəmənin altında yerləşən batareyası və naqillər ilə idarələnən sükan idarəetməsi olan e-TNGA modul platforması təşkil edəcəkdir.

Image alt Image alt Image alt

Lexus RZ 450e modelinin interyer şəkilləri və güc qurğusu barədə rəsmi məlumat dərc edilməyib. Artıq bildiyimiz kimi, bZ4X və Solterra modelləri iki versiyada, bir və iki mühərrikli güc qurğusu ilə təklif edilirlər. Hər iki krossover 71,4 kilovat-saatlıq batareya ilə təchiz olunurlar və 460 kilometrlik (WLTP) yürüş ehtiyatına malikdirlər.

Əvvəllər RZ modelinin Toyota və Subaru modelləri unifikasiya edildiyi bildirilsə də, 450e indeksi Lexus krossoverinin daha güclü qurğunu alacağına işarə edir. Çox güman ki, Lexus RZ standart olaraq tam ötürməli olacaq və dartma qüvvəsini paylayan firma Direct4 sistemi ilə təchiz ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.