Michelin şirkəti və Bamford London saat manufakturası məhdud sayda buraxılacaq Michelin × Bamford B347 Pilot Sport xronoqrafını təqdim ediblər. Xronoqrafın xüsusiyyəti təkrar emal edilmiş Pilot Sport 5 şinlərindən hazırlanmış qayışıdır. Qayışın üzərində adı çəkilən şinlərin protektoru əks etdirilir. Bu xronoqraflardan cəmi 133 ədəd istehsal ediləcək, və onların hər birinin qiyməti 2 500 funt sterlinq olacaqdır.
Bamford B347 modeli 2021-ci ildə debüt edib. Bu, İsveçrə Sellita SW510 mexanizminə malik olan təkdüyməli avtomatik xronoqrafdır. Adi B347 modeli müxtəlif dizayn variantlarına malikdir, lakin onların hamısı eyni qiymətə - 2 083,33 funt sterlinqə başa gəlir.
Michelin × Bamford B347 Pilot Sport xronoqrafı 133 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Xronoqraf preslənmiş karbon liflindən korpusa, taximetr şkalasının damalı yarış bayrağı üslubunda tərtibatına və təkrar emal edilmiş Michelin Pilot Sport 5 sınaq təkərlərindən hazırlanmış qayışa malikdir.
Təkərləri Fransanın Klermon-Ferran şəhərindəki Michelin tədqiqat kampusu tərəfindən təmin edilib, qayışlar isə, rezin, plastik və hətta külək generatorlarının kompozit pərlərinin təkrar emalı üzrə ixtisaslaşmış Greenology şirkəti tərəfindən hazırlanıb.
Qayışlardakı naxış əsl Pilot Sport 5 şinlərinin protektorunu təkrarlayır. Bu şinlər, məsələn, BMW M3 (E36 və E46), Lotus Evora və 3-Eleven, Morgan Aero 8 və Volkswagen Golf GTI modelinin müxtəlif versiyalarında quraşdırıla bilər. Məhdud seriyadan olan xronoqraf 2 500 funt sterlinqə satılır və adi xronoqrafdan bir qədər bahadır.
Bu məbləğ, “asfalt” teksturalı siferblata və 80 saatlıq gediş ehtiyatına malik TAG Heuer Carrera Porsche Chronograph üçün tələb olunandan azdır. Polad qayışlı xronoqraf üçün 6050 dollar (4 900 funt sterlinq), rəri kəmərli versiya üçün isə, 5 850 dollar (4 800 funt sterlinq) istənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.