Mini şirkəti də üzvü olduğu BMW qrupunun 100 illik yubileyinə xüsusi hədiyyə hazırlamışdır. Mini Vision Next 100 konsepti avtonom idarəetmə sistemi, elektrik güc aqreqatı və yerdəyişən sükan çarxı ilə təchiz edilmişdir. Konsept öz ölçülərinə görə, 1959-cu ilin ilk Mini hetçbekinə yaxındır və gələn 100 illdə markanın dizaynın hansı istiqamətdə inkişaf edəcəyini göstərməklə vəzifələndirilmişdir.
Mini Vision Next 100 konseptual hetçbekinin maraqlı xüsusiyyətlərindən biri də sürücünün zövqünə uyğunlaşan tamamlanmış reallıq (virtual aləmlə reallığın vəhdəti) və süni intellekt sistemi olan interyerdir. Misal üçün Vision Next 100 konsepti hamar yolu "görərsə" və sürücünün aktiv idarəetməyə hazır olduğunu "hiss edərsə", o sürücüyə John Cooper Works adlı "idman" rejimini işə salmağı təklif edəcəkdir.
Sürücü avtomobili avtonom rejimə keçirmək üçün avtopilotu qoşmaqla, sükan qolunu ön panelin mərkəzinə çəkərək, ayaqlarını rahat şəkildə uzada bilər. Avtonom idarəetmə qoşulan zaman pedal qovşağı da öz yerini dəyişəcəkdir.

Mini Vision Next 100 konseptinin digər bir xüsusiyyəti tərtibatında yenidən emal edilmiş plastik və alüminium, həmçinin bazalt, selluloza və bürüncdən istifadə edilən interyerdir.
Gələcəkdə Mini avtomobilləri bu konsept kimi sifarişçilərə geniş fərdiləşdirmə imkanları təklif edəcəkdirlər. Bu protorip BMW konserninin 100 il yubileyinə həsr edilmiş üçüncü konseptdir. Mini konsepti ilə birlikdə Rolls-Royce markasının konsepti də debüt etmişdir.
BMW Vision Next 100 konsepti isə bu ilin mart ayında nümayiş etdirilmişdir.