Pininfarina dizayn studiyası Cenevrə avtosalonunda nümayiş etdirəcəyi H600 konseptinin ilk tizerini dərc etmişdir. Bu konsept Honq-Konqdan olan Hybrid Kinetic Group şirkətinin sifarişi ilə hazırlanmışdır.
Avtomobil haqqında ətraflı məlumat verilməsə də Hybrid Kinetic Group nümayəndələri onun «eleqant və rahat dəbdəbəli sedan» olduğunu və «yeni növ enerji ilə çalışan güc qurğusuna» malik olduğunu bildirmişdirlər. Honq-Konq şirkətinin elektrik mühərrikləri, akkumulyatorlar və qrafenin əsasında olan texnologiyalarla, həmçinin ekeloji təmiz avtobuslarla məşğul olduğu məlumdur. Bundan başqa, Pininfarina şirkəti məşhur dünya çempionu Emerson Fittipaldinin sifarişi hazırladığı superkarı da Cenevrədə nümayiş etdirəcəkdir.
Yeni konsept Fittipaldi EF7 Vision Gran Turismo adlanır. Prototipin dizaynı üzərində məşhur italyan dizayn atelyesi Pininfarina işləyəcəkdir. Konseptin texniki hissəsinə isə HWA mühəndis firması cavabdeh olacaqdır. DTM çempionatını izləyənlər bu firmanın kuzov çempionatında Mercedes-AMG komandasının tərəfdaşı olduğunu bilirlər.Hazırda konseptin yalnız tizeri dərc edilmişdir. Adından da göründüyü kimi, konseptin virtual variantının PlayStation üçün nəzərdə tutulmuş Gran Turismo oyununda da peyda olacaqdır.