Porsche şirkəti bu il «24 saatlıq Le-Man» marafonu da daxil olmaqla dözümlülük yarışları üzrə dünya çempionatının (WEC) ən yüksək kateqoriyası olan LMP1-də çıxış edəcək 919 Hybrid sportprototipinin yenilənmiş variantını təqdim etmişdir. Avtomobil, güc aqreqatının təkmilləşdirilmiş elementlərini, yeni rəngləmə və hər biri müxtəlif trassalara uyğun gələn aerodinamik dəstəyin üç yeni növünü əldə etmişdir. Mühəndislər qabaq oxun hərəkətə gətirilməsinə cavabdeh olan elektrik ötürməsinin tərkib hissələrini yeniləmişdirlər.
Əlavə olaraq, onlar yeni litium-ion batareyalar dəstini tətbiq etmişdirlər. Avtomobilin daxili yanacaq mühərriki isı dəyişilməz olaraq qalmışdır. Söylənilənlərə görə hibrid aqreqatın ümumi gücü 900 at qüvvəsinin ustündədir. Bir gün bundan əvvəl, Audi Motorsport komandası yeni mövsümdə istifadə edəcəyi R18 e-tron quattro sportprototipini nümayiş etdirmişdir. Rəqib komandanın avtomobilinin hidrid aqreqatının gücü 830 at qüvvəsindən 1000 at qüvvəsinə yüksəldilmişdir.
Yeni mövsümdə Porsche komandası iki heyət ilə çıxış edəcəkdir. Birinci heyətin tərkibinə keçən il çempionluq titulunu əldə etmiş Mark Uebber, Brendon Hartli və Timo Bernhard, ikinci heyətə isə Romen Dyuma, Nil Yani və Mark Lib daxildilər.
WEC (World Endurance Championship) çempionatının ilk mərhələsi 17 aprel tarixində Silverstounda keçiriləcək altı saatlıq marafon olacaqdır. «Le-Manın 24 saatı» marafonu isə 18-19 iyun tarixlərində (Avropa QP ilə eyni gündə) keçiriləcəkdir. Çempionatın son yarışı isə, 19 noyabrda Bəhreyndə keçiriləcək altı saatlıq marafon olacaqdır.