Mart ayında işinə başlayacaq 87-ci beynəlxalq Cenevrə avtomobil salonunda Porsche şirkəti Shooting Brake kuzovlu Panamera modelini təqdim etmək niyyətindədir. Porsche Panamera modelinin yeni modifikasiyası Sport Turismo indeksini əldə edəcəkdir.

Bu barədə məlumatı, alman istehsalçısının satış və marketinq üzrə direktoru Ştefan Yutsa istinadən Car Magazine nəşri yaymışdır. Yeni modelin dizaynı 2012-ci ildə Paris avtosalonunda nümayiş etdirilmiş Porsche Panamera Sport Turismo concept prototipi ilə bənzərlik daşıyacaqdır. Porsche Panamera Sport Turismo adlandırılacaq seriya modeli Panamera liftbeki ilə eyni təchizata və texniki hissəyə malik olacaqdır. İki avtomobil arasında yeganə fərq kuzovun arxa hissənin forması olacaqdır.