Porsche şirkəti istehal etdiyi modellərdə quraşdırılmış ən yaxşı beş spoyler və antiqanadları seçmişdir. Ən güclü aerodinamikaya malik olan avtomobilləri alman markasının keçmiş yarış direktoru Norbert Zinger seçmişdir.

Ən yaxşı antiqanadı olan avtomobilləri Porsche şirkətinin Vaysaxda olan mühəndis mərkəzinin tunelində nümayiş etdirmişdirlər. Zingerin siyahısında beşinci yeri kiçik spoyleri və iri antiqanadı olan trek üçün nəzərdə tutulmuş Cayman GT4 modeli tutur. Onun ardınca Porsche 959 modeli, üçüncü yerdə isə «ördək quyruğu» olan Porsche 911 Carrera RS 2.7 modeli qərarlaşmışdır. İkinci yer, çıxan spoylerləri olan yeni nəsil Panamera hetçbekinindir. Birinci yer isə, məşhur «Le-Man» yarışlarında 366 km/saat həddinə qədər sürətlənmiş iri antiqanadı olan Porsche 935 Moby Dick yarış avtomobilinə qismət olmuşdur. Xatırlatmaq istərdik ki, bir müddət bundan əvvəl Porsche şirkəti ən yaxşı səsi olan beş avtomobili seçmişdi.