Xorvatiyanın Rimac Automobili şirkəti Nevera elektrik hiperkarının ilk nüsxəsini alıcıya təhvil verib. Şassi nömrəsi “001” olan Rimac Nevera hiperkarının sahibi keçmiş Formula 1 çempionu və Greentech ekofestivalının təşkilatçısı Niko Rosberqdir. O, cilalanmış Vertex diskləri və parlaq qara rəngli əyləc supportları olan Stellar Black rəngli elektrik hiperkarını sifariş edib.
Avtomobili “Bətmobil spesifikasiyasına” uyğunlaşdırmaq üçün onun salonunu qara alkantara ilə üzləyiblər, üstəlik, dirsəkaltında Rosberqin imzası və hiperkarın seriya nömrəsi həkk edilmiş lövhə quraşdırılıb.
Rimac Nevera 1914 at qüvvəsi və 2360 Nm fırlanma anı hasil edən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Hər bir mühərrik fərdi ötürmələr qutusuna qoşulub: öndə bir pilləli, arxada iki pilləli transmissiya quraşdırılır.
120 kilovat-saatlıq akkumulyator bloku karbon liflindən hazırlanmış monokokun strukturuna inteqrasiya olunub. Elektromobil yerindən 100 km/saat həddinə 1,97, 300 km/saata isə 9,3 saniyəyə sürətlənir. Elan olunmuş maksimal sürət 412 km/saat, yürüş ehtiyatıl isə, 550 kilometrdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.