Los-Anjelesdə keçiriləcək avtosalonda Toyota şirkəti Future Toyota Adventure Concept (FT-AC) adlı konsepti nümayiş etdirəcəkdir.
Yapon istehsalçısı avtomobil haqqında heç bir məlumat verməyib. Toyota yalnız tizeri dərc edərək konseptin təqdimat tarixini bildirib - 30 noyabr. Dərc edilən tizerdən göründüyü kimi konsept tamamilə işıqdiodlarından hazırlanan optikaya və damda quraşdırılan işıqlandırma blokuna sahib olub. Bundan başqa, rənglənməmiş plastikdən olan təkər tağlarının genuşləndiricilərini və xüsusi formalı güzgüləri də müşahidə etmək olar.
Toyota şirkətinin son təqdim etdiyi konsept TJ Cruiser adlı konsept olub.