Volkswagen şirkətinin kommersiya avtomobillərinə cavabdeh olan Commercial Vehicles bölməsi yeni nəsil Amarok pikapının növbəti tizerini dərc edib. Bu dəfə diqqət pikapın mərkəzi konsolundakı düymələrə yönəldilib. Məqsəd pikapın premium keyfiyyətinə malik olduğunu vurğulamaqdır. Alman istehsalçısı müasir sensorlu idarəetmə orqanlarının və ənənəvi fiziki düymələrinin qonşuluğunun təzad təşkil etmədiyini iddia edir.
Xatırladaq ki, bir müddət bundan öncə, alman istehsalçısı Amarok pikapının interyerini nümayiş etdirmişdi. Pikapın ön paneli Ford Ranger modeli ilə bənzərlik daşıyır. Alman pikapı ikinci nəsli virtual cihazlar panelini, multimedia sisteminin şaquli “planşetini” və otuzdan çox elektron yardımçıları əldə edəcəkdir ki, onlardan iyirmisi Amarok pikapı üçün yeni olacaqdır.
Diaqonalı 10 və ya 12 düym olan şaquli “planşet” yeni Volkswagen Amarok modelinin Ford Ranger ilə sıx əlaqəsinə işarə edir. Pikaplar ümumi platformaya, mühərrik çeşidinə və tizerdə göründüyü kimi, interyer arxitekturasına malik olacaqlar. Klimat-kontrolun idarəedilməsi multimedia sisteminin menyusu vasitəsilə həyata keçiriləcəkdir. Xatırladaq ki, Ford öz pikapında standart bloku qoruyub saxlayıb. Amarok modelində onun yerində dayanacaq əyləcinin, qəza işıqlarının düymələri və digərləri var.
Yeni media sisteminə əlavə olaraq, “ikinci” Amarok virtual cihazlar panelini və otuzdan çox elektron yardımçıları əldə edəcək ki, onların iyirmidən çoxu alman pikapı üçün ilk dəfə təklif olunacaqdır. Bu yardımçıların arasında zolağa nəzarət, yol nişanlarının tanınması, dairəvi müşahidə kameraları və adaptiv işıqlandırma var. Sonuncuya opsional IQ.Light matrisa fənərləri cavabdeh olacaqlar.
Mühərrik çeşidinə 3,0-litrlik altısilindrli turbodizel, habelə benzin və dizel “turbodördlükləri” daxildir. Üç növ ötürmə də təklif ediləcəkdir. Baza versiyaları arxa ötürməli, daha güclü versiyalar isə tamötürməli olacaqlar. Pikapın istehsalı 2022-ci ilin sonunda başlanmalıdır Bazardan asılı olaraq tək və ikiqat kabin variantları təklif ediləcəkdir. Yeni pikap Pretoriya şəhərinin ətrafındakı Ford zavodunda istehsal olunacaqdır.
Yeni nəsil Volkswagen Amarok modelinin təqdimatı gələn ay, 7 iyul tarixində keçirilməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.