Trek üçün hazırlanmış “qaynar” Volkswagen Golf GTI Clubsport S hetçbeki Nürburqrinqin “Şimal ilgəyində” öndən çəkişli avtomobillər üçün göstərdiyi rekordunu yeniləmişdir. İyirmi kilometrlik trekin qət edilməsi zamanı iki saniyə yaxşılaşdırılmışdır.
Bu o deməkdir ki, “qaynar” hetçbek dövrəni 7 dəqiqə 47,19 saniyə sərf etmişdir. Rekord yürüşü 26 oktyabr tarixində baş tutsa da, avtomobilin daxilində quraşdırılmış kameranın görüntüləri indi yayımlanmışdır. Videoda rekordun mühərrikini və təkərlərin işləməsi üçün gərək olan “ideal şəraitdə” əldə edildiyi söylənilir. Həmin an havanın temperaturu Selsi üzrə müsbət səkkiz dərəcə təşkil etmişdir. Trekin bir sıra yerlərində “qaynar” hetçbekin sürəti 200 km/saat təşkil etmişdi. Sonda, finiş düzlüyündə avtomobil 247 km/saata kimi sürətlənmişdir.
Volkswagen Golf GTI Clubsport S modeli “qaynar” hetçbeklər arasında ən yüngül çəkiyə malik olanıdır. Avtomobil arxa oturacaqların yerinə təhlükəsizlik karkasını, kiçik ölçülü akkumulyator və adaptiv asma sisteminin Nürburqrinqdəki yol səthinin xüsusiyyətlərinə uyğun olan xüsusi rejimini əldə etmişdir. Trek modeli 310 at qüvvəli 2,0-litrlik turbomühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. 100 km/saat sürətini hetçbek 5,8 saniyəyə toplayır. Cəmi 400 ədəd trek avtomobili istehsal ediləcəkdir.