Volkswagen şirkəti Jetta sedanının növbəti nəslinin tizerini dərc edib. Tizerdə avtomobilin yan tərəfdən görüntülənib.Xatırladaq ki, bir müddət bundan öncə alman istehsalçısının Kanada nümayəndiliyinin saytında sedanın ilk tizerini dərc etmişdi.
Elə həmin saytda, yeni nəsil sedanın premyerasına qalan vaxtı göstərən geri sayım sayğacı da işə salınıbdır. Bu xəbər yazılan ana, sayğac avtomobilin təqdimatına 50 gün 14 dəqiqənin qaldığını göstərir. Böyük ehtimalla, Volkswagen Jetta modelinin növbəti nəslinin kütləvi təqdimat mərasimi gələn ilin yanvar ayında keçiriləcək Detroyt avtosalonunda baş tutacaqdır.
Bir müddət bundan öncə, yeni Jetta sedanının xəsus fotoşəkilləri yayılmışdı. Şəkillərdə Jetta modelinin amerika bazarı üçün nəzərdə tutulan sadə variantıdır.
Bunu rənglənməmiş qapı dəstəklərindən və qara sadə təkər disklərindən bilmək olar. Avtomobilin ön tərəfinin dizaynı kupeşəkilli Arteon modelinin üslubunda həll edilib. Bu model artıq yeddi il satılan altıncı nəsil Jetta avtomobilini əvəz edəcəkdir.
İlkin məlumata görə, növbəti Jetta modeli MQB modul platformasında yaradılacaq və sələfindən uzun olacaqdır. Amerika bazarı üçün nəzərdə tutulan model 1.4 və 2.0 TSI mühərrikləri ilə təchiz ediləcəkdir. Başqa bazarlarda isə, VW Jetta 1.5 və 1.6-litrlik güc aqreqatları ilə təklif ediləcəkdir.