Volkswagen şirkətinin Amerika Birləşmiş Ştatlarının Tennessi ştatında yerləşən müəssisəsində CrossBlue Concept konseptual krossoverinin seriya variantı olacaq yeni krossoverin ilk kuzovu hazırlanmışdır.Yeni avtomobilin istehsalına bu ilin sonunda, satışlarına isə gələn il başlanmalıdır. Alman şirkətinin mətbuat üçün dərc etdiyi rəsmi açıqlamasında belə deyilir: «Yeni orta ölçülü krossoverin kuzovunun ilk buraxılışı böyük əhəmiyyət kəsb edən bir hadisədir, çünki bu mərhələdə avadanlığın kalibrinin yoxlanması və texnoloji prosesin tənzimlənməsi baş verir».
Alman şirkəti artıq dəfələrlə yeni seriya krossoverinin iki il bundan öncə nümayiş etdirilmiş Volkswagen CrossBlue Concept konseptual krossoverinin motivləri əsasında yaradılacağını bildirmişdir. Yeni avtomobil ilk növbədə şimaliamerikan bazarına yönəldiləcəkdir. Yeni krossoverin Avropada və digər kontinentlərdə satışı barədə alman şirkəti tərəfindən açıqlama verilməmişdir.
Xatırladaq ki, yeni krossoverin carçısı olacaq sonuncu konsept keçən ilin əvvəlində keçirilmiş Detroyt avtosalonunda nümayiş etdirilmiş VW CrossBlue GTE konseptual krossoveri olmuşdur.