W Motors şirkəti xüsusi seriyadan olan Fenyr SuperSport modelinin tirajının yarısını yeganə alıcıya satıb. Praktiki olaraq beş bir-birinə bənzəyən ərəb kupesinə görə yeddi milyon dollardan artıq vəsait ödəmiş şəxs yapon iş adamı və kolleksiyaçısı Tetsumi Sinçidir. Bu barədə məlumatı ərəb şirkəti özünün sosial şəbələrdəki hesabında dərc edib.
Yapon iş adamı 10 nüsxəıdə buraxılması nəzərdə tutulan Fenyr SuperSport Launch Edition seriyasının tən yarısını satın alıb. Ümumilikdə, ərəb kupesi 25 nüsxəlik tirajla buraxılmalıdır. Çox güman ki, başlanğıc seriyasından olan superkarlar bir-birindən tərtibat variantları ilə seçiləcəkdir. Lakin, eyni avtomobildən beş ədədinin nəyə lazım olduğunu yalnız Tetsumi Sinçi açıqlaya bilər. Hər halda, bir avtomobilə görə, 1,5-1,75 milyon dollar ödəmiş şəxsin bildiyi bir şey var.