Yeni BMW 2-Series kupesinin eksteryer dizaynı onun sabah keçiriləcək təqdimatından əvvəl açıqlanıb. M240i xDrive top versiyasında olan ikinci nəsil kupenin şəkli wilcoblok Instagram hesabında yayımlanıb. Sonradan bmwblog portalı da şəklin doğruluğunu təsdiqləyib. Bununla belə, yeni kupe BMW pərəstişkarlarını təəccübləndirməyi bacarıb: kupe Bavariya modelləri üçün xarakterik olmayan optikası, əks tutuşlu qapı tutacaqları, qeyri-adi üçbucaqlı hava girişləri və “kiçik burun dəlikləri” ilə fərqlənir.
İlk dəfə yeni BMW 2-Series kupesinin kamuflyajsız görüntüləri keçən il çəkilib. O zamanda da M240i xDrive versiyas rast gəlmişdi. Modelin xarici görünüşü 14 ayda dəyişməyib, yalnız seriya versiyasında ön bamperin hava girişində M nişanı yoxa çıxıb.
BMW şirkəti M240xDrive top versiyasının texniki hissəsi barədə məlumat verib. “Mülki” çeşidin zirvəsində yer alan top versiya 3,0-litrlik mühərrikin gücü 340-dan 374 at qüvvəsinə qədər artırılacaqdır. Transmissiya - səkkiz pilləli “avtomat” olacaqdır. Tam ötürmə sistemi ön oxdakı muftaya və elektronika tərəfindən idarə edilən arxa differensial kilidinə malikdir. Baza dördsilindrli kupelər və “bərkgedən” M2 modeli arxa ötürməni qoruyub saxlayacaqdır. Altısilindrli kupenin alıcıları adaptiv şassi, dəyişkən nisbətli sükan idarəetməsi və amplitudadan asılı amortizatorlar üçün əlavə pul ödəməli olmayacaqlar.
İkinci nəsil BMW 2-Series kupesinin təqdimatı 6 iyulda keçiriləcəkdir. Yeni kupenin kütləvi nümayişi isə Qudvudda keçiriləcək Sürət Festivalında baş tutacaqdır. Satışların başlanğıcında yığcam kupe 230i və M240i xDrive versiyalarında satışa çıxarılacaqdır. Gələcəkdə 220 indeskli kupelərin peyda olması da mümkündür. “Bərkgedən” M2 kupesi bir ildən tez debüt etməyəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.