Bu günlərdə İnternet şəbəkəsində yeni nəsil BMW M3 sedanının maraqlı bir görüntüsü yayılıb.Dərc edilmiş şəkildən göründüyü kimi, avtomobil əvvəllər fotocasusların obyektivlərinə rast gələnlərdən daha nəhəng "buruna" malikdir.
Bimmerpost portalının yaydığıı şəkilə görə, yeni “bərkgedən” M3 modeli əvvəllər İnternetdə görünən 4 Series kupesindən daha iri barmaqlığa sahib olacadır. Nəhəng "burun dəliklərinin" ortasında dairəvi görüntü sisteminin kamerası yerləşdiriləcəkdir.
Əvvəllər fotocasuslar yeni M3 modelinin arxa hissəsinin şəklini əkməyə müvəffəq olublar. Çox güman ki, casuslar Bavariya istehsalçısının konveyerində sınaq prototipini çəkə bilmişdilər. M3 modelinin güclü arxa qanadlara, baqaj qapağının üzərində bərkidilmiş spoylerə, iki cütlənmiş çıxış borusunu və kuzov rənginə malik olan diffuzora sahib olduğu görünür. İlkin məlumata görə, yeni M3 sedanı 480-510 at qüvvəsi hasil edən mühərrik ilə təchiz ediləcəkdir.
Alman istehsalçısının rəhbəri Markus Flaş yeni nəsil BMW M3 modelinin modifikasiyalarından birinin mexaniki ötürmələr qutusunu və arxa çəkişi qoruyub-saxlayacağını bildirib. Digər modifikasiyalar isə səkkiz pilləli “avtomatla”, tam çəkiş sistemi və drift rejimi ilə təchiz ediləcəkdirlər.