Infiniti şirkəti yeni nəsil QX60 modelinin debüt tarixini açıqlayıb - 23 iyun. Infiniti QX60 modelinin ikinci nəsli ilkin olaraq ABŞ və Kanada bazarlarında satışa çıxarılacaqdır. Sonradan isə, yeni krossover digər ölkələrdə təklif ediləcəkdir.
Artıq məlumdur ki, yeni Infiniti QX60 krossoveri texniki cəhətdən Nissan Pathfinder modeli ilə unifikasiya ediləcəkdir. ABŞ bazarında krossover ZF firmasının 9-pilləli “avtomatı” ilə tandemdə çalışan əvvəlki 299 at qüvvəli 3,5-litrlik V6 atmosfer benzin mühərriki ilə təklif ediləcəkdir. Əvvəllər bu aqreqat variator ilə birlikdə çalışırdı. Yeni “avtomat” sayəsində avtomobilin darma qabiliyyəti 20% artıb: yeni ofrouder 2.722 kiloqrama qədər qoşqunu yedəyə ala biləcək.
QX60 krossoveri Pathfinder modelindən hərəkət rejimləri selektorunu da alacaqdır - lakin yeddi deyil, beş profil ilə. Ötrümə sistemi arxa oxda hidravlik muftası olan Intelligent All-Wheel Drive tam ötürmə sistemidir. Sistemin proqram təminatı yol şəraətini sensorlar istifadə edərək qiymətləndirir və təkərlərin yerində fırlanmasından öncə arxa oxu birləşdirir.
İkinci nəsil QX60 modelinin dizaynı keçən ilki Infiniti QX60 Monograph konseptində nümayiş etdirilmişdi: Infiniti, seriya avtomobilinin bənzər üslubda görünüşə malik olacağını, ancaq şou avtomobilinin dəqiq surətinin olmayacağını bildirib. Yeni krossover üç oturacaq cərgəsini qoruyub saxlayacaqdır. Salonda üç rəqəmsal ekran və “üzən” mərkəzi tunel quraşdırılacaqdır.
Yeni krossoverin təchizatına əyləclərə daha “yumşaq” nəzarət edən və daha ağıllı olan ProPilot yarıavtonom idarəetmə sistemi daxil ediləcəkdir. Bu sistem yol nişanlarını oxuyaraq, müstəqil şəkildə yavaşlayır və sürətlənir, habelə təyin edilmiş sürəti saxlamağı və dönmədən əvvəl yavaşlamağı bacarır.