Lexus şirkəti nəsil dəyişməyə hazırlaşan NX krossoverinə olan marağı artırmağa davam edir. Bu yaxılarda yapon istehsalçısı avtomobilin arxa hissəsinin Fudziyama dağının fonunda çəkilmiş şəklini dərc etmişdi. Bu gün yayımlanan tizerdə isə avtomobilin ğn hissəi palmalar olan qumlu çimərliyin fonunda çəkilib: yeni şəkildə təkər diskini, təkər tağını, optikanın və yenilənmiş bamperin bir hissəsini görmək olar.
Lexus şirkəti yeni nəsil NX modelinin təqdimat tarixini açıqlayıb – yeni krossover 12 iyun 2021-ci il tarixində onlayn keçiriləcək tədbir çərçivəsində nümayiş etdiriləcəkdir. Xatırladaq ki, bir müddət bundan öncə, premium krossoverin üzərindəki sirr pərdəsini qaldıran rəsmi videosunu dərc edilmişdi. Videoçarx sonradan silinsə də, internet istifadəçiləri onu yükləməyə imkan tapmışdılar.