Yenilənmiş Porsche Cayenne ailəsi Şanxay avtosalonun daxili yanma mühərriki olan bir neçə dünya təqdimatlarından biridir. Cayenne yalnız növbəti nəsildə elektromobilə çevriləcək, lakin hələlik isə, qarşımızda 2017-ci ildən istehsal edilən mövcud modelin kompleks modernləşdirilməsidir. Eyni zamanda, "adi" Cayenne və kupeşəkilli Cayenne Coupe krossoveri də yenilənib.

Avtomobilin görünüşdə inqilabi dəyişikliklər axtarmayın – bununla belə, krossoverin ön tərəfinin dizaynı kəskin bucaq və səthlərə malik olub, ona görə də ön qanadlar və kapot tamamilə yenidir. 

Matrisa fənərləri artıq standartdırlar, HD Matrix fənərləri isə əlavə ödəniş qarşılığında təklif olunurlar. Hər bir fənərdə 32.000 idarə olunan piksel var: elektronika sürücüyə ünvanlanmış ismarıcları yol səthində “çəkə” bilir.

Arxa fənərlər də dəyişdirilib, onların arasındakı işıqlanan zolaq qalınlaşıb. Baza krossoverindəki nömrə yeri Coupe versiyasında olduğu kimi, beşinci qapıdan bamperə köçürülüb. Təkər disklərinin dizaynına yenidən baxılıb: modifikasiyadan asılı olaraq 20, 21 və ya 22 düymlük variantlar quraşdırılır.

Şassi də təftişə məruz qalıb. Baza variantı əvvəlki kimi yaylıdır, lakin adaptiv PASM amortizatorları yenidir. Opsional pnevmatik asqı daha geniş miqyasda yenilənib: üç kameralı pnevmatik dayaqları iki kameralısı əvəzləyib, lakin hər kamerada bir əvəzinə iki klapan var. Bu, müxtəlif iş rejimləri arasında fərqi artırmağa imkan verib: Cayenne eyni zamanda həm daha rahat, həm də daha idman xarakterli olub.

Hələlik, dörd modifikasiya təqdim edilib və onların hamısı yenilənmədən əvvəlki ailədən daha güclüdür. Səkkiz pilləli "avtomat" və ön oxda muftası olan tam ötürmə sistemi ümumidir. 

Porsche Cayenne modelinin baza versiyası 3,0-litrlik V6 turbomühərrikini qoruyub, lakin onun hasilat 340 at qüvvəsi və 450 Nm-dən 353 at qüvvəsi və 500 Nm-ə qədər artırılıb. Cayenne S versiyasında isə, 2.9-litrlik V6 biturbomühərriki (440 at qüvvəsi, 550 Nm) yerini 4,0-litrlik V8 mühərrikinin 474 at qüvvəsi və 600 Nm hasil edən versiyasına verib. Maksimum sürət 265-dən 273 km/saata yüksəlib və ilk “yüzlüyə” sürətlənmə zamanı 4,9-dan 4,7 saniyəyə endirilib.

Cayenne E-Hybrid plagin hibridi əvvəlki 136 at qüvvəli elektrik mühərrikinin əvəzinə 177 at qüvvəlisini alıb. Lakin tərkibinə 3,0-litrlik “turboaltılığın” daxil olduğu sistemin pik gücü o qədər də artmayıb: 462 at qüvvəsinə qarşı 470 at qüvvəsi. Dartma batareyasının maksimal tutumu 17,9-dan 25,9 kilovat/saata qədər artırılıb - artıq Cayenne elektrik ötürməsi ilə şəhərdə 90 kilometrə qədər məsafə qət edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dördüncü versiya ən ekstremal Porsche Cayenne Turbo Gtversiyasıdır və o, yalnız kupe kuzovu ilə təklif olunur. 4,0-litrlik V8 biturbo mühərrikinin gücü 640-dan 659 at qüvvəsinə, maksimal sürət isə 300-dən 305 km/saata qədər artırılıb. Lakin 100 km/saata sürətlənmə əvvəlki kimi 3,3 saniyə çəkir. Lakin yerli çeşid üzrə orta ekoloji göstəriciləri “korlamamaq” üçün ekstremal Cayenne kupe-krossoveri Avropada satılmayacaqdır.

Yenilənmiş Cayenne modelinin salonu haqqında artıq məlumat vermişik. Yenilənmiş Porsche Cayenne ailəsinin istehsalına yaxın aylarda Slovakiyadakı zavodda başlanılmalıdır. Qalan modifikasiyalar tədricən yenilənəcək və ayrıca debüt edəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.