Cadillac şirkəti ilk elektromobili olan Lyriq krossoveri üçün yaradılan nəhəng ekranın şəklini dərc edib. Diaqonalı 33 düym olan bütöv qatlanmış ekran bir-birinə rəvan şəkildə keçən üç məlumat zonasına bölünəcəkdir.

Sükanın sol tərəfindəki hissə bildirişlər, işıqlandırma nəzarəti və ekran tənzimləmələri üçün ayrılmışdır. Sükan arxasında virtual cihazların paneli, sağdakı sahədə isə naviqator və multimedia sistemi tutacaqdır.

Cadillac, eni təxminən 90 santimetr olan bir ekranda vahid görüntünün əks etdirilməsi imkanını saxlayıb: bu funksiya Lyriq dayandıqda və ya batareyanın doldurulması zamanı əlçatan olacaqdır.

Sol tərəfdəki bildirişdə, elektromobil batareyanı doldurulmadan təyinat yerinə çatmadığınızı xəbərdar edir. Mərkəzdə sürət, məsafə və hədəfə qədər olan gediş vaxtı göstərilir, sağdakı naviqator yaxınlıqdakı doldurma stansiyası haqqında məlumatları göstərir və onu marşruta əlavə etməyi təklif edir.

General Motors konserninin dizayn şöbəsinin rəhbəri Bill Tomsonun bildirdiyinə görə, Lyriq krossoverinin ekranı, fevral ayında yeni Escalade modelində debüt etmiş ekranın növbəti təkamülüdür. Ofrouder 38-düymlük ekran alsa da, həmin ekran tək parçadan ibarət deyil - o, iki səviyyədə yerləşən üç monitordan ibarətdir.

Lyriq modelinin bütöv ekranı bu günə qədər seriya avtomobilində quraşdırılmış ən böyük ekran olacaqdır. Bundan əvvəl, Çinin Byton startapı M-Byte elektrik krossoverində 48-düymlük ekranı quraşdıracağını elan etmişdi, lakin maliyyə çətinlikləri səbəbindən şirkət fəaliyyətini dayandırmalı olub.

Cadillac Lyriq elektrik krossoveri 6 Avqust 2020 tarixində onlayn şəkildə təqdim ediləcəkdir. Krossover General Motors konserninin yeni miqyaslanan platformasına əsaslanır və 50 ilə 200 kilovat-saata qədər tutuma malik Ultium batareyaları ilə təchiz edilmişdir.