Nissan şirkəti Şanxayda keçirilən avtosalona Arizon elektrik krossoverini gətirib. Krossover konsept statusuna malikdir və Çin bazarı üçün hazırlanıb. Lakin gələcəkdə onun seriya modelinə çevrilmək şansı da var. Elektromobili intellektual salon işıqlandırmasını, habelə insan kimi ünsiyyət quran və cavablarında günün vaxtından havaya qədər müxtəlif xarici məlumatlara əsaslanan virtual köməkçini əldə edib.

Nissan Arizon konsepti Çində və Çin üçün yaradılıb. Bu birbaşa ifadə edilməsə də, konsept gələcəkdə  seriya modelinə çevrilə bilər. Avtomobilin əsasını artıq Nissan Ariya və Renault Megane E-Tech Electric modellərində uğurla istifadə edilən CMF-EV elektik platforması təşkil edir. Arizon modelinin kuzovunda mərkəzi dayaq yoxdur. Müxtəlif yüksək texnologiyalı şeylərlə dolu salona taybatay açılan qapılar vasitəsilə daxil olmaq mümkündür.

Salonda əsas element insan olacaqdır, ona görə də konsept qabaqcıl Eporo virtual köməkçisi ilə təchiz edilib. Eyni ad 2009-cu ildə bazara çıxarılan və balıq sürüsünün davranışını təqlid edən kiçik sevimli robotlara verilmişdi. Bundan əlavə, Arizon intellektual işıqlandırma sistemini də alıb. Müxtəlif sürücülərə uyğunlaşan sistem tonusu saxlamağa kömək edir və ya əksinə, dincəlməyə və istirahət etməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ümumiyyətlə, Nissan Arizon avtomobillərin layihələndirilməsinə proqram təminatı ilə müəyyən edilmiş yanaşmanın başqa bir nümunəsidir. Artıq bu gün əsas rolu dizayn və idarəetmə xüsusiyyətləri deyil, interfeyslər, UX, rəqəmsal və fiziki reallıq ilə nə qədər sıx bağlı olduğu oynayır. Bunu BMW də başa düşürlər. Təsadüfi deyil ki, i Vision Dee konsepti sürücü və sərnişinlərə proyeksiya displeyində hansı məlumatın – spidometrin sadə təkrarlanmasından tutmuş real dünyanın virtualı ilə əvəzlənməsinə qədər, - göstəriləcəyinə özlərinin qərar verməsini təklif edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.