Bu gün "Autoweek" nəşri yeni nəsil Range Rover Evoque modelinin şəkillərini dərc edib. Yeni model Range Rover Velar modelinin üslubunda hazırlanmış dizayna malik olub. Bununla belə, avtomobil kupeşəkilli formasını qoruyub saxlayıb. Modelin təqdimatı bu gün keçiriləcəkdir.

Range Rover Evoque modelinin ikinci nəsli D8 platformasının təkmilləşdirilmiş variantında inşa edilib. Yenilənmiş platform çoxqollu arxa asqıya, genişləndirilmiş təkər izinə və təkər bazasına malik olub. Böyük ehtimalla, modelin xarici görkəmini markanın son modellərindəki dizayn üslubuna uyğunlaşdıracaqdırlar.

Image alt Image alt Image alt Image alt

Yeni Range Rover Evoque modelinin mühərrik çeşidinə Ingenium ailəsindən olan benzin və dizel güc aqreqatları daxil ediləcəkdir. Bundan başqa, krossover 1,5-litrlik üç silindrli turbomühərrikin və 48 voltluq şəbəkədən qidalanan startyor –generator daxil olan hybrid güc aqreqatı ilə də təklif ediləcəkdir. Bütün aqreqatlar ZF firmasının 9-pilləli avtomatik transmissiyası ilə tandemdə çalışacaqdırlar.

Mənbə: Autoweek