Bentley şirkəti yenilənmiş Bentayga krossoveri üçün təklif edilən avadanlıq çeşidini genişləndirib. Bu gündən etibarən müştərilər Akrapovic idman buraxılış sistemini krossoverə quraşdıra bilər, velosiped və xizəkləri daşımaq üçün qurğuları, dama bağlanan baqaj qutusunu və avtomobil baxımı aksesuarlarını sifariş edə bilərlər.

«Heyranedici səsə" malik olan titandan hazırlanmış Akrapovic idman buraxılış sistemi ilk dəfədir ki, kütləvi şəkildə istehsal edilən Bentley modellərində quraşdırılır. Xüsusi səsboğucu sistemi Bentley və Akrapovic yazıarı olan oval formalı çıxış boruları ilə seçirlir. Sloveniya istehsalçısının buraxılış sistemi yalnız Şimali Amerika və Yaxın Şərq bazarlarında satılan V8 benzin mühərriki olan versiya üçün nəzərdə tutulmuşdur.

Akrapovic sistemi, Exterior adlandırılan zavod təkmilləşdirmələr dəstinin tərkib hissəsidir. Bu dəstə xüsusi dekoru olan bamperlər, spoylerlər və karbon lifindən gövədəyə malik olan güzgülər, parlaq qara dekor elementləri və xüsusi örtüyə malik olan yan kandarlar daxildir.

Aksesuarların növbəti kateqoriyası Interior adıanir. Bu dəstə firma Bentley yastıqları, çamadanlar və qolf çantası, həmçinin yaylı ayaqaltılar daxildir. Bentley Touring çeşidinə krossoverin praktikliyini artıran aksessuarlar daxildir. Aksessuarların arasında velosipedlər, snoubordlar və ya xizəklər üçün bərkitmə dəsti, dam qutusu və baqaj bölümündə quraşdırıla bilən kiçik əşyalar üçün qapalı çəkməcə də vardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Protection dəsti istismar zamanı və dayanacaqda avtomobili xarici təsirlərdən qoruyur - dəstin tərkibinə xarici və daxili avtomobil örtükləri, dayanıqlı və çirklənməyə qarşı davamlı kilimlər, həmçinin palçıqdan müdafiə rezinləri daxildir.

Bentley aksesuarların qiymətini açıqlamayıb, lakin Britaniya brendinin kataloqundakı aksessuarların qiyməti, heç də ucuz olmayan dəbdəbəli krossoverlərin sahiblərini qorxutmayacaqdır.