İspan Hispano Suiza Cars, S.L. şirkəti Cenevrədə Carmen elektrik hiperkarını təqdim edib. Bu avtomobilin dizaynı 1930-cu ilin Hispano Suiza Dubonnet Xenia modelini xatırlatmalıdır. Model Hispano Suiza markasının banisinin qızı Karmen Mateunun şərəfinə adlandırlıb.

Hispano Suiza Carmen modelinin əsasını çəkisi 195 kiloqram olan karbon monokok təşkil edir. Avtomobil ümumi gücü 1020 at qüvvəsi olan və arxa oxda yerləşdirilmiş iki elektromotor ilə hərəkətə gəlir. İspanlar avtomobilin inanılmaz aerodinamikaya və heyranedici dinamik xarakteristikalara malik olduğunu iddia edirlər. Hiperkarın aerodinamik müqavimət əmsalı 0,325 təşkil edir. Carmen 100 km/saat həddinə  üç saniyədən az müddətə sürətlənir. Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrik qrand tureri ikili köndələn qollara malik olan asqı və 380 millimetrlik karbon-saxsı diskləri və altıporşenli Radi-CAL supportları olan AP Racing əyləc mexanizmləri ilə təchiz edilir. Maye ilə soyudulan 80 kilovat-saatlıq T-şəkilli litium-polimer batareya mərkəzi tonnel və oturacaqların arxasında yerləşdirilir. Hispano Suiza Carmen modelinin yürüş ehtiyatı 400 kilometr təşkil edir.

Avtomobilin salonunun tərtibatı üçün dəri, ağac, alüminium və alkantara istifadə olunur. Müştərinin arzusu ilə elektokarın salonuna müəyyən edilmiş ətir hopdurula bilər. Ön paneləd isveçrə mexanizminə malik olan saat və multimedia kompleksinin 10-düymlük displeyi quraşdırılıb.